“Liftdə sekslə məşğul olmuşam”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 744
Səs ver:
(səs: 4)

Amerikalı kinoaktrisa Skarlett Yohansson:

Cavablar üzərində uzun-uzadı düşünməyi sevmirəm. Ona görə asan sualları sevirəm.

On səkkiz yaşım olanda mən artıq kinoda 25 yaşlı birini canlandırırdım. Əsl uşaqlığım olmayıb, deyə bilərəm.

Mənim böyüdüyüm nəsil avara nəsildir. Biz nə ilə böyümüşük? İyrənc saqqız, şirinsəsli oğlanlardan ibarət pop qruplar və ondan da qorxunc rep və metal...

Mən həmişə Frenk Sinatranı sevmişəm. Onun səsi qızıl külçəsi və zərif tortu xatırladır.

Birdən kiməsə aşiq olmaq əladır. Həmin dəqiqə hələ də yaşadığını anlayırsan.

Benisio Del Toro ilə liftdə heç zaman sekslə məşğul olmamışam. Bu sadəcə bir fərsiz jurnalistlə etdiyim zarafat idi. Ona əslində, bu sözləri demişdim: "Özümü elə hiss edirəm ki, elə bil Benisio Del Toro ilə liftdə sekslə məşğul olmuşam.” Jurnalistlər "hiss edirəm” və "elə bil” sözlərini çıxarıblar, buna görə də mən elə düşünürəm ki, ölənə qədər mənə Benisio ilə liftdə olan macəramdan sual verəcəklər.

Evliliyin əsas üstünlüyü: özün haqqında heç vaxt bilmədiyini bilirsən.

21 yaşım tamam olanda qardaşım bunu strip-klubda qeyd etməyi təklif etdi. Təbii ki, orada kimsə xüsusilə mənim üçün rəqs sifariş etdi. Bu dəhşət idi...

Super qəhrəmanlar tərləsələr də, onlardan heç vaxt iy gəlmir. Lakin mən onları heç vaxt sevməmişəm. Mən mutantları daha çox sevirəm.

Ümid edirəm ki, gec ya tez məndən kompüter oyunu düzəldəcəklər. Bu kinodan daha yaxşıdır. Kompüter oyunlarında selülit görünmür.

Bir dəfə Los-Ancelosa gedirdim. Ətrafa baxırdım, birdən gözümə öz şəklim olan poster sataşdı. Mən nə etdim? Dərhal maşının əyləcini basdım. Brontozavr boyda olan döşlərini görən adam başqa nə edə bilər?

Çörəyi çox sevirəm. Aktrisa olmasam, çörəkxanada işləyərdim.

Gözəllik sirrimi anamdan öyrənmişəm: çoxlu su iç, zəngli saatla qalxma və heç zaman siqaret çəkmə.

Çirkli sarışın – bu mənim təbii rəngimdir. Atam isə daniyalıdır. – o, əsl sarışındır. Bir dəfə ondan bir neçə tel götürüb salona getdim və ordakılara dedim ki, mənim saçımı bu rəng etsinlər.

Bilirsiniz, həmişə kütlə arasında görünməz olmamı istəmişəm. Ətrafdakılar isə deyirdilər: qara eynəkli, bığlı və parik geyinən qıza bir baxın.

Özümdən heç vaxt nə qədər seksual olduğumu soruşmram. Məni daha çox dəli kimi görünüb-görünmədiyim narahat edir.

İnsan özünü məşhurluğa hazırlaya bilmir. Mən indiyə qədər pizza alanda nə etməli olduğumu bilmirəm. Həmin an bütün insanlar şəklimi çəkməyə başlayırlar.

Ulduzun toyu ilə adi insanın toyundakı fərqi bilirsiniz? Adətən, insanlar toyda fotokameralı insanların çox olmasını arzulayırlar. Biz isə əksinə, belə insanları başımızdan etməyə yol axtarırıq.

Mən yalnız ünsiyyətdə olduğum insanlara hər şeydə inanmaq, güvənmək istəyirəm və qismən və ya ümumiyyətlə, inanmadığım insanlarla isə münasibəti kəsməyi arzulayıram.

Mənim nə Feysbukum, nə Tvitterim var. Mənasız məlumatlarla nə qədər az yüklənirəmsə, bir o qədər xoşbəxt qız oluram.

Nə yaxşı ki, mənim daha nə on doqquz, nə iyirmi yaşım yoxdur. Bu yaşda insan qeyri-müəyyənlik içində və inanılmaz dərəcədə qərarsız olur.

Dəlisovluğunu yönəltməyə yerin varsa, xoşbəxtsən. Mən hələ də, heç nə etmədiyim vaxtları nə ilə doldurmağı bilmirəm.

Həyatımda ən çox çirkin qadın obrazını canlandırmağı arzulayıram. İnsanları daim bu qorxudur – ekranda lüt görünmək və pornoda çəkilmək.

Hamı deyir: tamaşaçı hər şeyi həll edir. Lakin əslində tamaşaçı heç nəyi həll etmir. Tamaşaçı yalnız ona veriləni götürür.

Yaxşı ssenari 75 səhifədən çox olmamalıdır.

Bilirsiniz Vudi Allenin unikallığı nədədir? Vudi – rejissorla, Vudi - insan arasında heç bir fərq yoxdur.

Mən işləmək, işləmək, işləmək və bir də istədiyim insanlarla olmaq istəyirəm. Başqa mənə heç nə lazım deyil.

Heç kimin muzası olmaq istəmirəm.

Özümdən həmişə daha çoxunu gözləmişəm.

Əgər həyatında sakitlik hökm sürürsə və nə edəcəyini bilmirsənsə, gözlə. Ancaq çox gözləmə, çox gözləyirsənsə də, bir şey et.

Tərcümə: Aytən Cavanşir

(səs: 4)
Şərhlər: 4
Baxılıb: 5 744
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri