"Bu qız təhsillidir, ağıllıdır..." - Emin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 7 058
Səs ver:
(səs: 6)
Müğənni və biznesmen Emin Ağalarov "Exo Moskva” radiosunun qonağı olub.

Qadınlar.biz "Qafqazinfo”ya istinadən xəbər verir ki, sualları cavablandıran Ağalarov kainat gözəli Oliviya Kalpodan, biznes həyatından, ifaçılıq karyerasından və şəxsi həyatından danışıb:

"İlk növbədə o, "Miss Kainat” gözəlinə bənzəmir. Belə ki, boyu o qədər də hündür deyil, yəni iki metr deyil. Çox gözəldir. Unikallıq ondadır ki, onunla ünsiyyətdə olarkən anlayırsan ki, bu qız təhsillidir, inanılmaz dərəcədə ağıllıdır, bacarıqlıdır, mətbuatla düzgün ünsiyyət qura bilir, izafi informasiya vermədən çətin sualları cavablandırır”.

Emin həmçinin qısa müddətdə məşhurlaşan "Amor” klipindən də danışıb:

"Mənim ingilisdilli mahnım "Amor” mayda çıxdı və elə bu yaydan Azərbaycanda reytinqlərdə yüksək yerləri tutdu. Buna ona görə şadam ki, çünki Azərbaycan dilində oxumuram, bu səbəbdən də Rusiyadakı kimi əksər radiostasiyalar məni yayımlamır. Lakin mən ilk dəfə olaraq belə bir uğura nail oldum. Buna görə Azərbaycan dinləyicilərinə minnətdaram ki, onlara əcnəbi olan bir dildə məni dinləyirlər...

Mən çox xoşbəxt insanam. Qriqori Lepsin mahnısında deyildiyi kimi "Mən heç kimin ola bilməyəcəyi qədər xoşbəxtəm”. Xoşbəxtlik bütövlük harmoniyası ilə tamamlanır. Mən çoxbəxtəm, çünki mənim belə valideynlərim var, istədiyim işlərlə məşğulam. Uşaqlarımı çox sevirəm. Deyə bilərəm ki, bugünki gündə nə qədər ki ətrafmdakı bütün yaxınlarım sağlamdır, başqa heç bir şey istəmirəm. Həyatımda hər şey yaxşıdır və ümid edirəm ki, hər şey belə davam edəcək”.
(səs: 6)
Şərhlər: 3
Baxılıb: 7 058
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri