Zorlanan Qadın: "Atam qışqırıqlarımı eşidirdi, lakin heç nə etmədi”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 14 348
Səs ver:
(səs: 3)

Sonuncu dəfə Tunisi bir-birinə qatan "seks cihadı” mövzusu Suriya dövlət televiziyasında yaşanıb.

Qadınlar.Biz-in məlumatına görə, Suriyada vətəndaş müharibəsinin son dövrlərdə ən çox müzakirə edilən mövzularından biri Suriyadan və bəzi Müsəlman ölkələrindən qaçırılan və ya aldadılan gənc qızların "seks cihadı” adı altında müxalifət tərəfindən təcavüzə uğramasıdır. Bu qızlardan bəziləri televiziyaya çıxaraq yaşadıqlarını danışıblar.

18 yaşından kiçik olan Eavan Kadah yaşadıqları barədə deyib:

"Atam dedi ki, gedib çimim. Hamama girdikdə içəri 50 yaşından qoca görünən və əynində yalnız alt paltarı olan bir kişi girdi. Məni saçımdan tutaraq içəri otağa apardı. Atam qışqırıqlarımı eşidirdi, lakin heç nə etmədi. Qürurunu müxalifətə satmışdı. ”

Qızın bu açıqlamalarına ailəsi də cavab verib. Onlar deyiblər ki, qızları 2012-ci ildən qaçırılıb və onun haqqında hətta Avaaz saytında kampaniya başlayıb. Televizorda danışan digər qızlardan biri Sarah Xaled al- Alavo isə özünü Əl-Nüsra militantı kimi təqdim edib. Sarah özünün digər militantlar tərəfindən necə xidmətə verildiyini danışıb. Sarahın ailəsi isə buna etiraz edir. Ailə deyir ki, qızlrı müxalifətə dəstək fikirlər dediyi üçün vaxtilə həbs edilib. 
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 14 348
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri