Oktyabrın 2-də Nizami rayon 23-cü polis şöbəsinə taksi sərnişininə hücum barədə ərizə daxil olub.
Bu barədə Vesti.Az-a Nizami rayon Polis İdarəsindən bildiriblər.
Məlumata
görə, 1989-cu il təvəllüdlü Yasamal rayon sakini Həsənova Günel Ceyhun
qızı ərizə ilə müraciət edərək göstərib ki, oktyabrın 1-dən 2-nə keçən
gecə təxminən saat 01:00 radələrində, Heydər Əliyev prospektində,
"Koroğlu” metro stansiyasının qarşısında 10 LO 640 dövlət nömrə nişanlı
taksiyə əyləşib.
Həsənova qeyd edib ki, şəhərin mərkəzinə
gedirmiş. Stansiyadan bir qədər aralandıqdan sonra taksi sürücüsü ona
sekslə məşğul olmağı təklif edib. Bundan özünü təhqir olunmuş hesab edən
Həsənova etiraz edib və sürücüdən maşını dayandırmasını istəyib. Lakin
kişi bıçaq çıxarıb və onu hədələyərək, 30 manat pul, həmçinin mobil
telefonunu alıb.
Polis İdarəsindən etiraf edirlər ki, bütün
gecəni yatmayaraq faktı araşdırıb və taksi sürücüsünü axtarıblar. Onu
tapıb sahəyə gətirəndə isə, Həsənovanın sürücüyə böhtan atması, onun
barəsində polislərə yalan məlumat verməsi aydın olub.
"Əvvəla,
Həsənovanın telefonu elə özündə olub. İkincisi, saxlanılan şəxslə
üzləşdirmədən sonra o, yalan danışdığını etiraf edib. Məlum olub ki,
taksi sürücüsü qızı istədiyi ünvana çatdırmaqdan imtina edib və bu
zəmində onların arasında münaqişə yaranıb.
O zaman qız sürücünü
hədələyib ki, polislərə şikayət edəcək, onun üçün çoxlu problemlər
yaradacaq. Həsənova elə gündədir ki, sürücünün ona intim təklif
edəcəyinə inanmaq çətindir. Bundan başqa, faktla bağlı materiallar rayon
prokurorluğuna göndərilib, qoy istintaqı başa çatdırsınlar. Bundan
başqa, Həsənovanın özü barəsində yalan məlumatlara gör