Madonna: “...məni evin damına apardılar, orada zorladılar”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 724
Səs ver:
(səs: 1)
Dünya ulduzu amerkalı müğənni Madonna sənət karyerasının ilk illərində cinsi təcavüzə məruz qaldığını etiraf edib.

ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, "Harper's Bazaar" jurnalında müğənninin məqaləsi dərc edilib.

Madonna məqaləsində həyatda üzləşdiyi çətinliklərdən də söz açıb: "Nyu-York heç də təsəvvür etdiyim kimi olmadı. O, mənə qucağını açmadı. Elə birinci ildən hədəfdə oldum. Zorlandım, qarət olundum... Məni bıçaqla hədələyib evin damına apardılar, orada zorladılar. Oğrular üç dəfə mənzilimin qapısını qırdılar. İndiyədək başa düşmürəm ki, başqa qiymətli əşyalarla yanaşı, onlar niyə kiçik radioqəbuledicini də aparmışdılar."

Madonna cinsi təcavüzə məruz qaldığı barədə ilk dəfə 1995-ci ildə ətraflı danışmışdı.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 724
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri