Məşhur rus tennisçi və fotomodel Anna Kurnikova İspan müğənni Enrike İqlesiasla 12 ildir bərabər olmasına baxmayaraq hələ də, evlilik təklifi almayıb.
"Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, artıq 12 ildir ki, sevgi macərası yaşayan cütlük haqqında mətbuatda dəfələrlə evlənirlər, yaxud gizlin evləndilər deyə məlumatlar yayılsa da, onlar çox keçmədən bu xəbərləri təkzib edib.
Mətbuatda yazılanlardan belə qənaətə gəlmək olar ki, Anna evlilik təklifini gözləsə də Enrike tələsmek istəmədiyini bildirərək 12 il keçməsinə baxmayaraq evliliyə hazır olmadıqlarını düşünür.
Məşhur cütlüyə yaxın olan mənbə "Page Six”in müxbirinə onların münasibətlərindən danışıb:
"Anna gözləməkdən yoruldu, amma Enrike hələ müəyyənləşdirməyib ki, Anna ilə evlənmək istəyir ya yox. Onlar uzun müddətdir ki, birlikdədirlər belə getsən onlar heç evlənməyəcəklər. Anna Enrikeni tərk etməyə hazırdır. Sonlarını zaman göstərəcək”.