Azərbaycanlı cazibədar model: “Azərbaycanda modellik yaxşı qarşılanmır”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 152
Səs ver:
(səs: 0)
Azərbaycanda modellik peşəsi yüksək səviyyədə inkişaf etməsə də, qızlarımız özlərini model kimi sınamaqdan çəkinmirlər. Getdikcə bu sahayə olan maraq daha da artır. Azərbaycanlı qızlar gözəllikdə və yaraşıqda heç də digər ölkələrin modellərdində geri qalmır. Bu dəfəki qonağı model biznesinə yenicə qoşulmuş Minarə Allahverdiyavadır. Minarə Allahverdiyeva Memarlıq və İnşaat Universitetini bitirib, hazırda beynəlxaq təşkilatda çalşır. Modelliyə isə hobbi kimi baxır və sadəcə maraq xatirinə gözəllik müsabiqəsinə qatılıb. Lakin gözəlliyi çoxlarının diqqətini çəkir və reklamlarda çəkilməyə dəvət alır. Bu yaxınlarda isə "Sənə inanıram" serialına çəkilməyə dəvət alıb. Müsahibəni də elə çəkiliş meydançasından almışıq.

Onu da qeyd edim ki, mavi gözlü modelimizin 10 yaşında qızı var. Eşidəndə mən də təəccüblü qaldım. Çox gənc görünməsinin və başqa sualların cavabını müsahibədən öyrənə bilərsiniz.

- Başqa sahədə çalışırsınız, niyə özünüzü model kimi sınamaq istədiniz?
- Təəssüflər olsun ki, Azərbaycanda modellik o qədər də yaxşı qarşılanmır. Əvvəllər modelliklə məşğul olmamağımın və çəkinməyimin səbəbi bəlkə də bununla bağlı idi. Dostlarımın təkidi ilə yarışmaya qatılmışam, məndən çox onlar arzulayırdılar özümü sınamağı. Amma uşaqlıqdan həvəsim olub, xarici görünüşüm də buna imkan verir. İlk dəfə 2013-cü ilin dekabrında "Miss Azərbaycan” yarışmasına qatılmışam. Yarışmadan sonra insanların mənə qarşı olan münasibəti xoş təsir bağışlayırdı və stimul verirdi.

- Yəqin diqqət mərkəzində olmaqdan zövq almısınız?
- Yox, onsuz da həmişə diqqət mərkəzində olmuşam və buna görə başım çox dərd çəkib. Əvvəlcə bu işə əyləncə kimi baxırdım, insanların mənə olan diqqətini və sevgisini hiss etdikdən sonra ciddi yanaşmağa başladım.  

- Modellikdən qazandığınız pul sizi qane edir?
- Bu sahədəki qazancım qətiyyən qane eləmir. Bizim başqa işimiz olmasa, təkcə modellikdən əldə etdiyimiz gəlirlə dolana bilmərik. Bu heç nəyə çatmaz...

- Onda niyə vaxtınızı bu işə sərf edirsiniz?
- Mənim işim də, gücüm də var və modellikdən asılı deyiləm. Sadəcə bu sahə mənə maraqlı gəlir və gördüyüm işlərdən zövq alıram. Bir də onu deyim ki, tanınandan sonra geri çəkilmək olmur. Get-gedə daha da insanı özünə cəzb edir, gələn təkliflərə etiraz edə bilmirsən.

- Formada qalmaq üçün nə edirsiniz?
- İdmanla məşğul oluram, çoxlu qaçıram. Daim hərəkətdə oluram, az yatıram çox idman edirəm. Bir də üzməkdən mənəvi rahatlıq duyuram.

- Dərinizə hansı qulluğu göstərirsiniz?
- Düzünü deyim ki, heç nə etmirəm. 30 yaşından sonra qadın mütləq özünə baxmalıdır, amma vaxtım olmur. Bu genlərlə də çox bağlıdır. Saçıma və dərimə hələ ki, xüsusi qulluq göstərməyə ehtiyac yoxdur. Model kimi fəaliyyət göstərdikdən sonra daha çox özümə baxmğa başladım.

- Əvvəllər baxmırdınız?
- O qədər də yox. İndi xarici görünüşümdə hər şey qaydasında olur. Dırnaqdan tutmuş saça qədər.

- Hansı stildə geyimlərə üstünlük verirsiniz?
- İdman və rahat üslubunda olan geyimlərə üstünlük verirəm. Hündürdaban ayaqqabıları və makiyajı heç sevmirəm. Ancaq lazım olanda makiyaj edir və hündürdaban ayaqqabı geyinirəm.

- Siz başqa modellərdən  hansı xüsusiyyətinizə görə fərqlənirsiniz?
- Bəlkə də xarici görünüşüm. Tipik azərbaycanlı qızlarına bənzəmirəm, çoxları avropasayağı görkəmimin olduğunu deyir. 10 yaşında qızımın olması da məni digər modellərdən fərqləndirən cəhət ola bilər. Təəccübləndirci haldır ki, 10 yaşında qızım var, amma modellik edə bilirəm. Bəzən elə yerlərə dəvət edirlər ki, ora gənc qızlar üçün daha uyğundur. Yəqin ki, o yaşda görünürəm ki, məni ora dəvət edirlər.  

- Xoşbəxt qadınların da cavan göründüyü deyirlər.
- Sırf ailə-məişət işləri görən, ailəli qadınlar özlərinə vaxt ayıra, yaxşı qulluq edə bilmirlər. Həyat yoldaşım yoxdur, ancaq özümə və qızıma baxıram, dolayısı ilə daha sərbəst olduğum üçün gənc görünə bilərəm. Ailəli olanda isə çoxlu stress keçirirdim, ağlayırdım, hətta qoca görünürdüm. Nə işləməyə, nə də ki, oxumağa icazə verirdirlər. Ailə olduğum dövrlə, indiki Minarə bir-birindən tamamilə fərqlənir.  

- Nə məcbur elədi dəyişməyə?
- Həyat eşqim, həyata marağım artdı. Özümü yaxşı tərəfdən göstərə bilirəm. Bundan sonra ərə getməyi düşünmürəm, ərə gedəndən sonra problemlər çoxalır və məsuliyyət artır. Özündən çox istər-istəməz ailəyə diqqət yetirməli olursan. Evdə söz-söhbət olmasın görə çox şeydən imtina etməli olursan. Bir sözlə düşünürəm ki, ər qadını daha da yaşlandırır.

- Gözəl qadının tək qalması nə dərəcədə ədalətlidir? Darıxdırcı deyil?
- Əksinə, belə özümü daha xoşbəxt və güclü hiss edirəm. Kimisə ayırmağa vaxtım da yoxdur. Gərək  elə insan olsun ki, hər bir kaprizimə dözsün və nazımla oynasın. Belə bir azərbaycanlı kişisi də çətin ki, tapılsın...

- İstədiyiniz xüsusiyyətlər xarici vətəndaşda olsa, onunla ailə qurardınız?
- Ancaq türklə ailə qura bilərəm, başqa xarici vətəndaşla yox. Türklər bizə yaxındır, bacım da Türkiyə vətəndaşı ilə ailə qurub və çox xoşbəxtdir. Düşünürəm ki, onlar bizdən daha ailəcanldır.

- Sevib ailə qurmuşdunuz?
- Yox, nənəm məni verib. O vaxtkı uşaq ağlımla getdim, bilsəydim getməzdim... Ailəm dağılsa da, 10 yaşında qızım olduğuna sevinirəm.

- Sizinlə evlənmək istəyən kişilər çoxdur?
- Boşandıqdan sonra evlənmə təklifləri çox olub, hətta indi də var. Amma tələsmirəm, düzü, ailə qurmağa qorxuram. İkinci dəfə ailə quran insan, eyni səhvləri təkrarlamamalıdır. Ailə quracağın insanı daha yaxından tanımalısan. Məncə, birlikdə yaşamaq da olar. Rəsmiləşdirməklə heç nə olmur, bir müddət keçəndən sonra məlum olur ki, xasiyyətləri uyğun gəlmir və boşanırlar... Kağıza imza atmaq əsas deyil, əsas iki insanın bir-birini başa düşməsidir. Həmin insanın bütün kaprizlərinə, xarakterinə dözə biləcəyini gözə aldıqdan sonra ailə qurmaq olar.

- Sevginin ömrü az olur, bəs bu zaman qadın neyləməlidi ki, kişinin ona diqqəti azalmasın?
- İlk növbədə kişidən çox özünə baxmalıdır. Özünə inamlı olmalıdır, hər şeyə qısqanmamalıdır. Cüzi şeylərə görə mübahisə etməmilidir.

- Sevdiyiniz kişini qısqanmırsınız?
- Yox, qoy o, məni qısqan ki, yanında mənim kimi gözəl xanım var. Bu kişi də maraq yaradır, sevdiyi qadını itirməyə qorxur. Hər şey qadından asılıdır.

- Gözəl qadınlar kişiləri daha tez yoldan çıxarır. Bəyəndiyiniz kişini özünüzə sevdirməyə çalışmısınız?
- Belə bir şey olmayıb. Gözəlliyim vizit kartımdır. Hər hansı işlə bağlı getdiyim hər yerdə diqqət cəlb etmişəm. Bir tərəfdən xeyir verirsə, bir tərəfdən ziyan verir. Amma heç vaxt elə bir situasiya yaratmamışam ki, məndən istifadə edə bilsinlər.  Kişinin qadına yaxınlaşmağa risk etməsi qadının özünü necə aparmasından asılıdır.

- Cazibədar qadınlar haqqında həmişə ağlagəlməz yaxşı-pis söz-söhbətlər gəzir. Sizdə belə bir şey olub?
- Belə hadislər çox olur. Bu baxımdan özümü Monika Belluçinin "Malena” filmində oynadığı obraza bənzədirəm. O qadın da çox gözəl idi, kişiləri cəlb edirdi, qadınlar da onu qısqanırdı və haqqında cürbəcür şayələr gəzirdi. Gözəl qadının dalınca danışmaq adi bir haldır, sadəcə həmin insanlara fikir vermək lazım deyil.

- İlk dəfədir ki, serialda çəkilirsiniz?
- Bəli, ilk dəfədir ki, çəkilirəm. Artıq çəkilişlər başlayıb, baş rollardan birini oynayıram. Tərəf müqabilim müğənni Vüsal Hacıyev olacaq, bacım rolunda isə model Tamilla Həmidova olacaq.

- Başqa ölkədə yaşamaq istəyərdiniz?
- Türkiyədən serialda çəkilməyə dəvət almışam. Orada yaşayıb fəaliyyət göstərməyi çox istəyərəm. Çünki orada modellərə verilən dəyər, maaş və səviyyəsi bura ilə eyni deyil.

- Son zamanlar modellər yaman soyunub şəkil çəkdirir. Siz belə bir addım ata bilərsiniz?
- Heç vaxt! Bütün fotoqraflar bilir ki, belə çəkimlərə getmirəm. Hətta seriala çəkilməyə təklif gələndə ilk sualım açıq-saçıq səhnələrin olması ilə bağlıdır.

- Çəkilənləri necə qarşılayırsınız?
- Normal, öz işidir. Kiminsə şəxsi işinə qarışmağı sevmirəm, amma hər bir insanı olduğu kimi qəbul eləmək lazımdır, həm də işidir. Başqa cür pul qazana bilmir, ondan pul qazanır...

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 5 152
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri