Nişanlı cütlüyün faciəvi sonu: toya 18 gün qalmış...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 9 045
Səs ver:
(səs: 2)

Türkiyədə nişanlı cütlük toylarına 18 gün qalmış dəhşətli faciə ilə qarşılaşıblar. Belə ki, 6 oktyabrda baş tutacaq toylarının dəvətnamələrini paylamağa gedən nişanlı cütlüyün motosikleti yolda kamazla toqquşub. Qəza zamanı sevgililər Dilek Bay ilə Barış Yarmaz həyatlarını itiriblər.

Qadinlar.Biz-in Türkiyə mətbuatından əldə etdiyi məlumata görə, Dənizlidə bir hoteldə aşbazlıq edən Barış Yarmaz nişanlısı Dilekle həm toy dəvətnamələrini paylamaq, həm də evləndikdən sonra qalacaqları evə baxmaq üçün motosikletlə yola düşüblər. Ancaq bədbəxtlikdən yol qovşağını keçərkən 42 yaşlı Mehmet Dağın idarə etdiyi kamazla toqquşublar. Qəza nəticəsində ağır yaralanan sevgililər xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Nişanlı cütlüyün ölüm xəbəri ailələrini şoka salıb. Gənc sevgililərin dəvətnamələrində yazılan bu cümlələr isə insanların qanını dondurur: "Sonsuz bir dənizin sahilində küləyə doğru yelkən açmış iki nəfərik. Bizi yola salmağa gəlib yelkənimizə külək, qəlblərimizə sevgi verərsiniz....‟  Talehsiz cütlüyün bütün xəyalları beləcə yarımçıq qalıb.

Qəribədir ki, həyatda qovuşa bilməyən cütlüyü qəbir evində də bir-birindən ayrı salıblar. Nədənsə yaxınları onları ayrı-ayrı qəbirstanlıqlarda torpağa tapşırıblar.                    

(səs: 2)
Şərhlər: 5
Baxılıb: 9 045
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri