Bakıdakı çinli qızların seks etirafları: “Müştərilərlə cinsi əlaqədə oluruq“

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 18 958
Səs ver:
(səs: 4)
Bakıdakı Çin masaj salonlarında kütləvi yoxlamalar aparılacaq. Bu barədə məlumatı masaj salonunda çalışanlar deyib. Onlara bu barədə xəbərdarlıq da edilib. Qeyd edək ki, əvvəllər belə salonlara yoxlama qəfil gəlirdi, ancaq bir neçə aydır, onlara qabaqcadan xəbərdarlıq olunur.

Bir neçə masaj salonuna baş çəkdik. Əvvəlcə "Qara Qarayev" metro stansiyası yaxınlığında üzərində "Çin masaj salonu" bildirişi asılan yerə daxil oluruq. Salonun adı "Xao Yuo"dur. İşıqlı otaqda hər cür şərait yaradılıb. Çinli qızlar dəhlizdə müştəriləri qəbul edirdi. Qiymətlərə gəlincə, ümumi masajın 90 dəqiqəsi - 30 manat, 1 saatı - 20 manat, 40 dəqiqəsi - 15 manatdır. Yağlı masajın 1 saatı - 30 manat, 40 dəqiqəsi - 20 manat, 30 dəqiqəsi - 15 manat, kürəyə banka salmaq isə 10 manatdır. Salon gün ərzində 8 saat xidmət göstərir. Çinli qızlar deyir ki, azərbaycanlı oğlanlar onların masajını daha çox bəyənirlər. Bu masaj salonu uzun müddətdir fəaliyyət göstərir. Artıq burada işləyən çinli qızlar Azərbaycan dilində danışmağı da öyrəniblər. Xanımlar deyir ki, son vaxtlar salonda tez-tez yoxlamalar aparılır. Onların sözlərinə görə, hər iki aydan bir yoxlama gəlir. Ancaq yoxlama gəlməmişdən öncə xəbərdarlıq edilir. Çinli xanımlar deyir ki, bu qanunda belə göstərilib. Çinli qızlar etiraf edirlər ki, onlar masajla yanaşı, müştərilərlə cinsi əlaqədə də olurlar. Bunun üçün də müştəridən əlavə pul alırlar. Artıq çinli qızlar bu xidməti heç nədən çəkinmədən həyata keçirirlər.

Metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında fəaliyyət göstərən belə salonlardan birinə də baş çəkdik. Salonun adı "Fu-Yu"dur. Eyni mənzərəni bu salonda da görmək mümkündür. Burada da qızlar yarıçılpaq vəziyyətdə oturub müştəri gözləyirdilər. Salonun inzibatçısı lisenziyalarının olmadığını söylədi. Burada da qiymətlər demək olar ki, eyni idi. Vaxtdan asılı olaraq qiymətlər, dəyişir. Bu salonda da tez-tez yoxlamalar aparılır. Deyilənlərə görə, burada heç kəs müştəri ilə cinsi əlaqədə olmur. Ancaq bu salonun işçiləri deyir ki, onlara yoxlama qəflətən gəlir.

Salonlar arasında lisenziya ilə işləyənlərin sayı da azdır. Lakin yoxlamalar nəticəsində masaj salonlarında əvvəlki illərə nisbətən xeyli irəliləyiş baş verib. 

(səs: 4)
Şərhlər: 6
Baxılıb: 18 958
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri