Azərbaycanlı teleaparıcı intim pozlar verdi [Fotosessiya]

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 967
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1316411151-656.jpg

“Qızıl Pillə”nin müəllifi və aparıcısı Zemfira Adıgözəlova “Ay və Gün” jurnalına müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni ixtisarla təqdim edir. Maraqlananlar jurnalı alıb davamını oxuya bilər.

- Zema, bir qədər də şəxsi həyatından tanış, övladın varmı, həyat yoldaşının verilişinə münasibəti necədir?
- Yox, təəssüf ki, övladım olmadı. Ailəni tez qurmaqda da məqsəd o idi ki, övlad olsun, nə isə Allah qisməti, bu arzum hələ ki, reallaşmayıb, inşallah bununla bağlı ciddi məşğul olacam. O ki qaldı həyat yoldaşıma, işimə çox adi yanaşır, tam başqa sahənin adamıdır, heç bizim kanallara baxmır, mənim verilişimə də. O da incəsənəti bitirib, biz onunla elə institutda tanış olmuşu, məndən iki kurs yuxarıda oxuyurdu.

- Bəs açıq-saçıq obrazına görə qısqanmır səni?
- Təzə ailə quran illərdə çox qısqanırdı, mən onsuz evdən çıxmırdım, anamgilə də bir yerdə gedirdik. Artıq 14 il olacaq ki, ailə qurmuşuq, sınaqlardan keçmişik, indi hər şey yolundadır. Hərdən günboyu tez-tez mesajlaşırıq, montajçı soruşur ki, Zema kimdir sənə bu qədər sms yazan, deyirəm ərimdi, deyir yalan demə, mən də telefonu uzadıram ki, inanmırsan, al bax.

- Artıq kifayət qədər populyarsan, kişi pərəstişkarların da az deyil. Onlardan nə kimi münasibət görürsən?
- Nömrəmi axtarıb tapırlar, biri kompliment deyir, biri şeir yazır...Bu yaxınlarda dənizkənarı əyləncə mərkəzlərinin birindəki tədbirdə aparıcı idim. Gündüzdən tədbirin prodüseri zəng vurub dedi ki, burda aləm bir-birinə dəyib ki, Zəma gələcək. Dedim o qədər müğənni gəlir, aləm elə mənə görə qarışıb? Nə isə şəkil çəkdirən kim, qolumdan çəkən kim. Təsəvvür et, kimsə uşaqların birinə deyib ki, 4 min verirəm, onu mənə düz-qoş. Əvvəllər çox reaksiya verirdim, gəlib düşürdüm Anarın üstünə ki, hər şeyi sən elədin. İndi alışmışam. Tanıyan tanıyır, bilən bilir, kim nə danışırsa da qoy danışsın, axır bir gün yorulub dayanacaq. Mən özümə güvənirəm, məni heç bir məbləğə əldə etmək olmaz.

alt


alt


alt


alt


alt

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 967
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri