Həyat yoldaşını zorlamaq istəyən atasını öldürən oğul

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 6 925
Səs ver:
(səs: 1)

Məzahir Qasımov böyük övladı olan Anarı hərbi xidməti başa vurandan sonra evləndirib.

Spirtli içki düşgünü olan Məzahirin ailəsində daima dava-dalaş salıb.

Həyat yoldaşına və övladlarına gün verib, işıq verməyən Məzahir evinə gəlin gətirəndən sonra da əməllərindən əl çəkməyib.

O, gününü qara gətirdiyi insanların siyahısına təzə gəlinini də əlavə edib.

Bir gün evə sərxoş gələn Məzahir gəlininə tamah salır. Oğlunun evdə olmamasından istifadə edib, gəlini aldadaraq otağına çağırır. Otaqda ikisi olanda qaynata gəlinin əlindən tutaraq çarpayıya yıxır.

Qaynata gəlinini zorla soyunduraraq onunla cinsi əlaqədə olmaq istədiyi bildirib.

Gəlinin səsinə qaynanası gəlir. Arvadının gəlməsi Məzahirə çirkin niyyətini həyata keçirməyə imkan vermir.

Qaynatası tərəfindən zorlanmaq istəyən gəlin baş götürərək, ər evindən qaçır. Gəlin bir daha Qasımovların evinə gəlmir.

Bir müddət sonra Anar başqa bir xanımla yenidən ailə həyatı qurub.

Lakin sərxoşluqla məşqul olmaqda davam edən Məzahir evdə dava salmaqda davam edir.

Bir gün səhər Məzahir Qasımov ilə Anar arasında mübahisə düşür. Atası Anarı söyür.

Həmin gün yeməkdən sonra Anarın anası ondan 5 manat pul alaraq gəlini ilə dükana gedir.

Anası ilə həyat yoldaşını dükana yola salan Anar ilə atası evdə ikisi qalır.

Evə qalxmaq istəyən Anarın qarşısını sərxoş atası kəsib.

Oğlunun qarşısını pilləkənlərdə kəsən Məzahir ona iradını bildirib. Ata oğluna deyib ki, "birinci arvadınla yaxın olmağa imkan vermədiniz, indi heç olmasa bu arvadınla cinsi əlaqədə olmağa imkan ver. Xoşluqla razılaşmasanız arvadını sənin gözünün qarşısında zorlayacağam”.

Dediyi sözdən oğlunun əsəbləşdiyini görən Məzahir otağına keçərək yatağında oturub.

Anarda atasının arxasınca həmin otağa daxil olub. Məzahir oturan çarpayıya yaxınlaşan Anar atasından sərxoşluğu atıb sakit mehriban həyat sürmələrini və etdiyi biabırçılıqlara son qoymasını xahiş edib. Lakin oğlunun xahişi Məzahiri əsəbləşdirib. Məzahir yenidən oğlunu söyüb təhqir edib.

Atasının düzəlməyəcəyini fikirləşən Anar, Məzahiri oturduğu çarpayıya itələyərək bir əliylə ağzında tutub digəri ilə isə onu nəfəsi kəsilənə kimi boğur.

Atasını öldürəndən sonra Anar anası ilə həyat yoldaşının dükandan qayıtmasını gözləyib. Onlar qayıdandan sonra sağollaşaraq rayon polis şöbəsinə gedib könüllü təslim olub.

Polis hadisə barədə rayon prokurorluğuna məlumat verib. İşi araşdıran müstəntiq Anar Qasımovun əməlini Cinayət Məcəlləsini 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə qiymətləndirib.

Cinayət işinin ilkin istintaqı yekunlaşandan sonra məhkəməyə göndərilib.

Məhkəmə Anar Qasımovun ifadəsi ilə başlayıb. Anar məhkəməyə atasının daima ailə üzlərinə zülm verdiyi bildirib. Qasımov deyib ki, "atamın, qarşısında diz çöküb xahiş etdim ki, bu hərəkəti etməsin”, lakin o mənə arvadın onsuz da mənim olacaq dedi və bundan sonra olanları xatırlamıram.

Məhkəmədə ifadə verən Anarın anası da ərinin zülmündə danışıb.

Bütün tərəfləri dinləyəndən sonra məhkəmə müşavirəyə yollanıb.

Müşavirə otaqından qayıdan hakimlər Anar Qasımovu qəsdən adam öldürmədə təqsirli biliblər.

Məhkəmənin hökmü ilə Anar Qasımov 8 il müddətinə azadlıqdan məhrum edilib.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 6 925
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri