18 yaşlı qızı zorladı, sonra kişilərə satdı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 11 738
Səs ver:
(səs: 6)
Türkiyənin Samsun bölgəsində 6 il öncə 18 yaşlı qızı zorladıqdan sonra çılpaq şəkilləri ilə təhdid edərək fahişəliyə cəlb edən şəxsin cəzası bəlli olub. Qadinlar.Biz xəbər verir ki, hadisə baş verən zaman D.Ş-nın 18 yaşı vardı. 2007-ci ilin may ayında 30 yaşlı həyat yoldaşı F.K ilə birlikdə Kayseridən Samsuna işləmək üçün gələn Sinan K. telefonla danışdığı qızı evlənmək vədi ilə aldadır. Ailəsi ilə birlikdə yaşayan D.Ş da ona inanaraq az sonra Kayseridən qaçaraq Samsuna gəlir. Ancaq sevgilisinin evli olduğunu öyrəndikdən sonra geri dönmək istəyir. Sinan qızın getməsinə mane olmaq istəyir. Ona spirtli içki verərək təcavüz edir...

Zamanla da gənc qızı pul qarşılığında kişilərə satmağa başlayır. Yaşadığı həyatdən bezən və evinə dönmək istəyən qızı Sinan K. çəkdiyi çılpaq şəkillərilə təhdid edir.

Qız cinsi yaxınlıq etdiyi adamlardan birinə başına gələnləri danışdıqdan sonra həmin şəxs bu haqda polisə xəbər verir. Polis Sinan K., dostu Mehmet K. və qızla cinsi yaxınlıq etdikləri söylənilən 4 kişini həbs edir.

Sinan K. verdiyi ifadəsində qızın yalan dediyini, onun özünün onların yanına gəlmək istədiyini və ona heç toxunmadığını, heç kimə də pul qarşılığında satmadığını deyib. Zərərçəkən qız isə "Evə dönmək istədiyimdə Sinan K. məni döydü. İçki içirdərək mənə təcavüz etdi. Sonra da məni kişlərə satmağa başladı. Qaçmaq istədiyimdə mənim kişilərlə olan çılpaq şəkillərimi atama göndərəcəyi ilə təhdid etdi", - deyib.

Məhkəmənin qərarı ilə 32 yaşlı Sinan K. və bu işdə ona yardımçı olan dostu Mehmet K. 5 il həbs cəzası alıb.
(səs: 6)
Şərhlər: 5
Baxılıb: 11 738
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri