Mehriban Əliyevanın brend üzüyü... - FOTO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 11 553
Səs ver:
(səs: 2)

"Üzük Azərbaycan prezidentinin bir daha ailə dəyərlərinin ən parlaq simvolu oldu"


"Nargiz” jurnalı dünyanın ən nüfuzlu birinci ledilərini birləşdirən, bahalı və zövqlü zinət əşyaları ilə tanınan "Tiffany” brendinin maraqlı tarixini bölüşüb. 

Əsasən birinci ledilərə prezidentlər tərəfindən bu zinət əşyalarının hədiyyə olunmasının xüsusi simvolu var. Bu ənənə hələ Amerikanın ən görkəmli prezidenti olmuş Avram Linkolndan başlayıb. Belə ki, sevgisini bildirmək  üçün  prezident xanımı Meriyə bu markadan olan mirvari dəst hədiyyə edir və Meri 1862-ci ildə onu rəsmi inauqrasiya mərasiminə taxır. Bu ənənəni sonralar Eyzenhauer, Ruzvelt, Con Kennedi də davam etdirir. 

Jurnal yazır ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da öz seçimini "Tiffany”dən Şlyümberjin dizaynı olan üzüklə edib: "Üzük Azərbaycan prezidentinin ənənəvi yeni il öncəsi verdiyi müsahibədəki çəkilişlərdə bir daha ailə dəyərləninin ən parlaq simvolu oldu”.

Qeyd edək ki, brendin məhsulları ilə bağlı məlumat əldə etmək istəsək də, məhsulun rəsmi saytı işlək vəziyyətdə olmadı. Lakin məlumat üçün deyək ki, Tiffany & Co brendi dünyada ən çox sürəti çıxarılan markalardandır. Bu səbəbdən də brendin saxta məhsulları belə online mağazalarda 130 dollardan, milyon dollarlara qədər satılır.


 

 

(səs: 2)
Şərhlər: 4
Baxılıb: 11 553
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri