Jurnalist fahişə cildinə girdi, təcavüzə uğradı-VİDEO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 12 975
Səs ver:
(səs: 1)
"Təcavüzə uğradım, amma əsas problem bu deyil”



Ağsarayda fahişə qılığına girərək gizli kamerayla reportaj hazırlayan jurnalist Mimi Çakarova gördüklərini və qadın ticarəti ilə bağlı təkliflərini Hürriyyətə danışıb.



Jurnalist Mimi Çakarova Bolqarıstanda doğulub. Kommunizmin çökməsindən sonra 13 yaşında anası ilə ABŞ-a köçüb. Onun doqquz ölkədə yeddi il davam edən araşdırmalarının nəticəsi kimi 2011-ci ildə çəkilən "The Price of Sex” (Seksin Əvəzi) adlı filmi çox sayda mükafat qazanıb.



73 dəqiqəlik filmdə Çakarova İstanbul başda olmaqla bir çox şəhərdə fahişəliyə məcbur edilən Avropalı qadınlarla reportajlar hazırlayıb. İlk dəfə 2009-cu ildə Türkiyəyə gəlib Ağsaraydakı gecə klublarında gizli kamera ilə çəkiliş aparıb, daha sonra bunu bir neçə dəfə də təkrarlayan Çakarova maraqlı bir etiraf edib.



Jurnalistlərin məhrəmi




O, Ağsarayda gecə klubunda fahişə qılığında gizlicə çəkiliş apararkən təcavüzə uğradığını açıqlayıb.



"Çox xırda detallara girə bilmirəm. Amma bunu deyə bilərəm ki, Ağsarayda geymini dəyişdirərək işləmək üçün əməlli-başlı hazırlıq lazım idi”.



"Tək girə bilməzdim”



Çakarova boynuna götürdüyü riskin nə dərəcədə böyük olduğunu bilirmiş, lakin ilk təcavüz gözləmədiyi yerdən gəlib:



"İstanbulun "Red Light District”ində yaşayacaqlarımı onsuz da bilirdim. Məsələ məni qoruyacaq birini tapmaq deyildi. Amma o məkanlara tək və ya kişi jurnalistlərlə birlikdə girə bilməzdim.



Türk dostlarım da mənimlə gəlmək istəmədi. Buna görə də məkanın sahibləri ilə əlaqəsi olan adamları tapmalı idim. Həmin adamlara heç bir halda şəxsiyyətimi açıqlamadım.



Onlardan biri mən fahişə qılığında onun yanında oturub gizlicə çəkiliş aparanda əlini ayağıma qoydu. Jurnalist olduğumu bilirdi. Amma əlindəki gücün də fərqində idi. Belə bir pislik etməkdən çəkinməmişdi. Gedib məkan sahibinə məni şikayət etsə kim bilir nələr olardı…”



"Polis göz yumurdu”



"İstanbulda çəkiliş apararkən məni ən çox təəccübləndirən şey Ağsaray kimi yerlərdə qeyri-hökumət təşkilatlarının və vəzifəlilərin nə qədər az olduğunu görmək oldu. O yeri hamı bilir, lakin çox az adam orada vaxt keçirir. Xüsusilə də gecələr.



Qeyri-qanuni fahişəlik edilən məkanın düz qarşısındakı polis bölməsini göstərdilər. Qarşısındakı oteldə bir otaq tutdum. Hər şey polisin gözləri qarşısında baş verirdi”.



"Bu qızlar gerçək insanlardır. Hər insanın qaçmaq istədiyi problemlərlə üzləşirlər. Əlbəttə, işləmək üçün köç edən qadınların hamısı qadın tacirlərinin tələsinə düşmür. Amma mən Türkiyədəki jurnalistləri şəhərin qaranlıq bölgələrində zaman keçirməyə və bir az dərinlərə enməyə dəvət edirəm.



İlk addım olaraq yerin altında nəyin yatdığını ifşa etməliyik. Cəmiyyətin bu barədə ətraflı məlumatı olmalıdır. Daha sonra isə insanlara zərər verən bu hadisələrin qarşısını almaq üçün yollar axtara bilərsiniz”.



"Hamilə fahişə üçün yataqda dəlik açdılar”



"Qarson olacaqsan, ayda 500 dollar alacaqsan” deyərək hələ 19 yaşı olanda aldadılıb Dubaya aparılan Moldovalı Vika, "Dünya çəkdiyim əzabı görsün” deyərək kamera qarşısına keçərək hər şeyi danışan ilk adam olub. Dubayda elə ilk müştərisindən hamilə qalan Vika doqquz ay ərzində üç dəfə təcavüzə uğrayıb.



Hamilə olduğu üçün qiyməti iki dəfə artıb. Onu satan qadın üzü üstə yatarkən böyüyən qarınını yerləşdirmək üçün yatağın ortasında bir dəlik açıb. "Xeyr desəm məni 15-ci mərtəbədən aşağı atardılar və heç kimin bir söz deməyə ixtiyarı çatmazdı” deyən Vika ən axırda bir müştərisinin köməyi ilə ölkəsinə qaça bilib”.



"İflic də olsan işləyəcəksən”



Jenia da təmiz iş vədi ilə Moskva adı ilə İstanbula gətirilib. "Kaş heç doğulmazdım. Belə yaşamaqdansa ölərəm” deyib. Ramazan ayında müştərinin gəlməməsindən faydalanıb açıq qalan eyvan qapısından tullanıb. Üçüncü mərtəbədən yerə çaxıldığı üçün beldən aşağısı iflic olub. Bir ay xəstəxanada yatıb. Əməliyyat ola bilmədən isə yenidən zorla fahişəxanalara aparılıb.



"Polis də qurtara bilmir”



Aurika da 18 yaşında İstanbula gətirilib fahişəliyə məcbur edilib. Filmdə belə deyir: "Bir gün məni fahişəliyə məcbur edən adamın maşınında gedərkən polis bizi saxladı. Polisin yanına getdi. Birlikdə qayıtdılar, polis arxada mənim yanımda oturdu. Mənə toxunmağa başladı. Etiraz edəndə isə o adam mənə rus dilində "İşini görməlisən” dedi. Məcbur idim”.



[media=http://www.youtube.com/watch?v=Imc9KL-I-hI]

(səs: 1)
Şərhlər: 6
Baxılıb: 12 975
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri