Bakıda iranlı həkim yuxu dərmanı verdiyi qızı dəfələrlə zorlayıb - EKSKLÜZİV

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 29 361
Səs ver:
(səs: 1)
Qızın anası baş prokuror Zakir Qaralova müraciət edib

Bakıda dəhşətli cinayət baş verib. Bu haqda Bakı şəhər sakini Nəsihət Hacıyeva baş prokuror Zakir Qaralova göndərdiyi şikayət məktubunda bildirib.

Teleqraf.com-un xəbərinə görə, o, məktubunda qeyd edib ki, 2012-ci ilin sentyabr ayında el adəti üzrə qızı Aygün Zeynalovanı ərə verib. Bu hadisədən bir neçə gün sonra qızı yenidən onun yaşadığı evə qayıdıb. Qadının yazdığına görə, bunun səbəbkarı isə həmin ilin iyun-iyul aylarında valideynin özünün  iştirakı ilə Qaraçuxur qəsəbəsi, Yavər Əliyev küçəsi ev 22-də özünə ofis açan və guya həkim-psixoloq kimi fəaliyyət göstərən İran vətəndaşı Kühsari Əli Seyfulla oğlu olub. Belə ki, anası qızı ilə adıçəkilən həkimin qəbulunda olduğu zaman o, valideynini otaqdan çıxararaq qız ilə tək qalıb. Bundan sonra İran vətəndaşı olan həkim qıza təzyiq edərək onun namusuna toxunub. 

Müraciətdən belə bəlli olur ki, ana qızını həkim-psixoloqun yanına aparması səbəbsiz  deyilmiş. Belə ki, ailənin başçısı vəfat edəndən sonra gənc xanım olan Aygün Zeynalova dərin depressiyaya düşübmüş. Ana isə qızını bu vəziyyətdən çıxarmaq üçün psixoloqa müraciət etməyi məqbul hesab edib. 

Müraciətdə qeyd edilir ki, ilk dəfə Kühsari Əli Seyfullanin yanına getdikdən sonra həkim qeyd edib ki, gənc xanım daha bir neçə dəfə bura gəlməli və seansı başa vurmalıdır. Eyni zamanda  həkim gənc xanıma deyib ki, ilk seansda yaşananlar haqqında heç kimə bir kəlmə belə danışmasın. Bu hadisədən isə ananın xəbəri olmayıb. Ana hər dəfə qızı ilə birlikdə seansda oturmaq istəyini dedikdə, həkim buna qəti etiraz edib, seansın təkbətək olduğunu bildirib. 

Nəsihət Zeynalova müraciətində qeyd edir ki, həkim hər dəfə qızı ilə təklikdə olanda ona "sənə avtomobil alacağam, mənzil alacağam, sən buna layiq xanımsan, çalış həyatını yaşa” deyərək yoldan çıxarıb. Bu zaman həkim-psixoloq seans adına qıza hər dəfə şirə ilə yanaşı dərman verərək bunu mütləq içməli olduğunu söyləyirmiş. Dərman qəbul etdikdən sonra isə qız özündə olmurmuş. Həkim isə bundan sonra öz çirkin əməllərini qızımın üzərində həyata keçirirmiş.

Şikayətçi qeyd edib ki, bütün bunları Sabunçu rayon prokurorunun böyük köməkçisi Əli Eyvazov onları ekspertizaya göndərdikdən sonra biliblər. 

Şikayətçi sonda əlavə edib ki, əgər belə bir hadisə İranda baş versəydi, həmin həkimi edam cəzası gözləyərdi.

Nəsihət Zeynalova baş prokurordan məsələni nəzarətə götürməsini və bu əmələ görə həkimin cəzalandırılmasını istəyib. 

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 29 361
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri