"Hamıya deyir ki, Səidəni evdə kiminləsə tutmuşam"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 14 470
Səs ver:
(səs: 3)
"Səidə mənim qolumdan tutub qapıya çırpdı. İki gün sonra qolum göyərdi”.
 
Bunu müğənni Səidə Sultanın ata nənəsi 75 yaşlı Əminə xanım ATV-nin "Ümid var” verilişində deyib. O, ilginc açıqlamalarla çıxış edib.
 
Nənənin sözlərinə görə, Səidə Sultanın anası cadu ilə məşğul olub: "Mən ona cadügun dedim. Səidə də bunun üstündə qolumdan tutub qapıya çırpdı. İki gün sonra qolum göyərdi. Dedi gördüyünü desən, basıb gözlərini çıxardaram”.
 
Proqramda Səidə Sultanla canlı telefon bağlantısı yaradılıb. Nənəsinin ittihamlarına cavab verən müğənni nənəsinə qarşı heç bir kobudluq etmədiyini deyib: "Ailəmin, anamın artıq işi olsa, deyin ayıb olsun sənə. Əgər o hərəkəti eləmiş olsam, Allah mənim canımı alsın bu yaşda. 30 yaşım var, bu vaxta qədər nənəmlə heç söz-söhbətim olmayıb. Gəlin bütün qohumlarımdan, bizi tanıyanlardan maraqlanın o necə insandı. Gözümüzü açıb nənənin fironluğunu görmüşük. Həmişə anama deyir ki, qoymayacam balaların xoşbəxt olsun. Anam pis gəlin olsaydı, atam öləndən sonra onu saxlamazdı. Atam öləndə anasından halallıq da almadı. Sadəcə illərdir aralarında gəlin qayınana problemi var”.
 
O ki qaldı nənənin nəyi görməsinə, bunu Səidə Sultan ağlayaraq özü açıqlayıb:

"Bütün qohumlara, hamıya deyir ki, Səidəni evdə kiminləsə tutmuşam. Mən anamın, ailəmin yaşadığı evə kimi gətirərəm? Allah heç kəsə elə nənə qismət eləməsin!”.
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 14 470
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri