“Bacımın üzünə bir sillə vurdum, sonra zorladım” - Nankor Qardaş

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 16031
Paylaş:
Səs ver:
(səs: 4)
Doğma bacısını zorlamaqda təqsirləndirilən Xalid Həsənovun (ad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Qadınlar.Biz qaynar.info-ya istinadən cinayət işinin ittiham aktı əsasında hadisənin təfərrüatlarını təqdim edir.

"Özümdən asılı olmayaraq bacımla cinsi əlaqədə olmaq istədim”
 
1990-cı ildə Bakı şəhərində anadan olan Xalid məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verib. O, ifadəsində özünü qismən təqsirli bildiyini deyib: "Mənim 8 bacım, 2 qardaşım var. Atam 2003-cü ildə dünyasını dəyişib, böyük qardaşımla böyük bacım ailə qurub, ayrı yaşayırlar. Biz isə anamla yaşayırıq. Əsəbi olduğumdan uşaqlıqdan bacılarımla kobud davranmışam. Əsəbiləşəndə onları nalayiq ifadələrlə söymüşəm. Səkkiz il kikboksinqlə məşğul olmuşam və I idman dərəcəm var. Hadisə baş verən gün mən yatmışdım. Təxminən saat 18.00 radələrində bacım Vüsalə məni yuxudan oyatdı ki, "biz gedirik, dur Sevinc (ad şərtidir) yerləri yığsın”. Mən də yuxudan durdum. Bir stəkan su içdim, bir az sonra bacılarım evdən bayıra çıxdılar. Mən və Sevinc evdə tək qaldıq. Bundan sonra özümdən asılı olmayaraq ehtirasa gəlib bacımla cinsi əlaqədə olmaq istədim. Bacıma yaxınlaşıb əynindəki köynəyini çıxartmağa başladım. Sevinc mənə istəmədiyini dedi. Lakin mən əl çəkmədim və arxadan olacağımızı bildirdim. Əsəbiləşərək bacımın üzünə bir sillə vurdum, sonra zorladım” .
 
"Məni çarpayıya ağzı üstə uzadıb, əlilə ağzımı tutdu”
 
Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Sevinc ifadəsində göstərib ki, qardaşı evdə heç kəsin olmadığından istifadə edib onun paltarlarını soyundurub və onu qeyri-təbii üsulla cinsi əlaqəyə məcbur edib: "Mən ona əlimlə müqavimət göstərəndə məni sillə ilə vurdu. Məni çarpayıya ağzı üstə uzadıb, əlilə ağzımı tutdu. Sonra məni arxadan zorlamağa başladı. Bu zaman ağrıdan burnumdan qan gəldi. O, burnumdan qan gəldiyini görüb cinsiyyət orqanını çıxartdı. Sonra məndən paltarlarımı geyinməyimi istədi və bu haqda kiməsə desəm məni öldürəcəyi ilə hədələdi. Ona görə də qorxaraq baş verənlərlə bağlı heç kimə bir söz demədim. Bundan bir müddət sonra evdə yenə də onunla tək qaldım. Bu dəfə də eyni qayda ilə məni zorladı. Lakin bu dəfə burnumdan qan gəlmədi. Bir müddət sonra Quba rayonuna getdim. Orada bizim evimiz var. Həmin vaxt baş verənləri böyük bacıma danışdım. O da digər bacılarıma dedi. Belə qərara gəldik ki, bu haqda polisə məlumat versək, Xalid boynuna almayacaq. Ona görə də bacım Vüsalə təklif etdi bir kamera alım. Bu hadisə bir daha təkrarlanandan sonra əlimizdə sübut olacaq. Bu məqsədlə bacım Vüsalə videokameralı "SONY” markalı fotoaparat aldı. Həmin gün mən və digər bacılarım Vüsalə, Gülnarə, Xəyalə, Aytac və qardaşım Xalid evdə idik. Axşam tərəfi Vüsalə, Xəyalə və Aytacı marketə göndərdi. Xalid isə həmin vaxtı yatmışdı. Biz gizlicə kameranı qonaq otağında olan servantın üstünə quraşdırdıq. Bundan sonra Vüsalə Xalidi səsləyərək yuxudan oyatdı. Vüsalə, Gülnarə ilə birlikdə evdən çıxanda Xalid artıq oyanıb ayağa qalxdı. Vüsalə Xalidə Xəyalə və Aytacın marketə getdiyini, özünün isə Gülnarə ilə rəfiqəsigilə getdiyini deyib evdən çıxdılar. Xalid onlar gedəndən sonra qapını bağladı və mənə yaxınlaşıb, öpərək qucaqlamağa başladı. Mən də onun hərəkətləri kameraya düşsün deyə qonaq otağına keçdim. Məndən əl çəkməyi desəm də əl çəkmədi. Bu dəfə də mənimlə cinsi əlaqədə oldu. Sonra isə həyətə getdi. Mən tez kameranı söndürüb, bacıma zəng elədim və baş verənləri danışdım. Bundan sonra bacım Vüsalə ilə birlikdə polis bölməsinə gedib şikayət ərizəsi verdik”. 
 
Şahid ifadələri
 
Məhkəmədə şahid qismində dindirilmiş Vüsalə, Gülnarə və Xəyalə oxşar ifadələr verərək, baş verənləri eşidəndə şoka düşdüklərini deyiblər. Onlar bu cür hərəkətinə görə qardaşlarının cəzalandırılmasını məhkəmədən xahiş ediblər.
 
Məhkəmənin hökmü
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  Xalid 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

loading...
(səs: 4)
Şərhlər:
Baxılıb: 16031
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv