“Alt paltarındayam, bizimkilər bəh- bəhlə baxdılar”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 5 554
Səs ver:
(səs: 1)

"Bunu Bakıda etsəydim, indi məni topa tutmuşdular, evimdəki çoxdan boşamışdı”  Müğənni Röya xarici şou-biznesə qatılmasının səbəblərindən danışıb. 

Sənətçi "Kanal S”də yayımlanan "Gəlin danışaq” verilişinə müsahibəsində özünü sübut etmək istədiyini deyib:

"Çoxları soruşur ki, niyə Türkiyə şou-biznesinə qatıldın? Birincisi mən türklərə göstərmək istədim ki, Azərbaycanda da sənət var və bizdə müğənni olmaq daha çətindir. İkincisi isə özümüzkülərə baha qiymətə oxumağın mümkünlüyünü sübut etdim. 

Niyə xaricdən gələn müğənniyə 200 min verirlər, amma mən əziyyət çəkib 5 min almalıyam? Görsünlər ki, bizdə də o qiymətə oxuyan ola bilər. Xaricdə çalışıb gerçəkləri sübut etmək iddiasındayam. Türkiyədə açıq-saçıq fotosessiyalar etdirdim, bizimkilər bəh-bəhlə baxdılar. 

Deyirdilər ki, nə gözəl düşmüsən. Halbuki, həmin şəkillərdə alt paltarındayam. Bunu Bakıda etsəydim, indi məni topa tutmuşdular, evimdəki çoxdan boşamışdı. Bu səbəbdən hər şeyi Türkiyədə edirəm".

Röya həmçinin qeyd edib ki, yaxın zamanda Rusiya şou-biznesinə də qatılmağı planlaşdırır.




 

 

 

 

 



 

(səs: 1)
Şərhlər: 10
Baxılıb: 5 554
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri