Günel Hümbətova necə oğlanları bəyənir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 14 090
Səs ver:
(səs: 6)
ANS telekanalında yayımlanan "İncə maraqlar” verilişinə qonaq olan Günel zəhmətkeş bir oğlanla ailə qurmaq istədiyini bildirib:

"İndiki oğlanların əksəriyyətinin həyat tərzi başqadır. Həmyaşıdım olanlarla oturub söhbət edə bilmirəm. Fikirləri ancaq bahalı avtomobildə, brend geyimlərdə, gəzməkdədir. Bunları hamıya yox, əksəriyyətinə şamil edirəm.

Zəhmətkeş bir oğlanla ailə qurmaq istəyərəm. İndikilərə güvən yoxdur. Düzdür, insan hər bir şeyə vaxt ayırmalıdır: istirahətə, kluba, alış-verişə. Amma yerində.

Bunlarla yanaşı, çalışmağı da bilməlidir. Hazırda 22 yaşım var, 17 yaşımdan etibarən işləyirəm. Buna görə də belə birini arzulayıram. Əgər işləyib zəhmətlə pul qazanarsa, ailəsinin də qədrini bilər. Çalışmağı bacarmırsa, nə qədər varlı da olsa, onun üçün ailənin dəyəri qalmayacaq”.


/Qadınlar.Biz/


 


(səs: 6)
Şərhlər: 11
Baxılıb: 14 090
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri