DƏHŞƏT: Bu ailədə gəlin qayınatanı və qayınları çimizdirməlidir!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 9 698
Səs ver:
(səs: 2)
Kürdəmirdə şok hadisə yaşanıb. Rayon mərkəzində yaşayan bir kişi öz həyat yoldaşını cəzalandırmaq üçün onu günlərlə it damına qapayaraq orada yaşamağa məcbur edib.

Bu məlumatı virtualaz.org saytına "Təmas” Regional İctimai Birliyinin sədri Südabə Məmmədova verib.

Hüquq müdafiəçisi deyib ki, cəzalandırılan qadın tərəfindən rəhbərlik etdiyi quruma şikayət daxil olub: "Qadını sığınacaq evinə yerləşdirmişik. Zərərçəkmişin sözlərinə görə, qapılarındakı itə vaxtında yemək verə bilməyib. Bundan qəzəblənən həyat yoldaşı isə onu döyərək itlə birgə it damında yatmağa məcbur edib”.

S.Məmmədova deyib ki, qadın müxtəlif təzyiqlərlə üzləşdiyindən psixoloji sarsıntı və qorxu keçirib: "Qadının sözlərinə görə, qaynının ailəsi ilə eyni evdə yaşayırlar. Qaynı da ona və öz həyat yoldaşına təzyiqlər edib. Ailədə müəyyən qaydalar qoyulub. Gəlin qayınatanı, qayınları çimizdirməlidir. Həyat yoldaşlarının qoyduğu qaydaları pozan gəlinlərə sözün həqiqi mənasında zülm veriblər. Buna görə də qadının durumu hələ də yaxşı deyil. Hazırda o, sığınacaqda yaşayır. Ona yardım etməyin yollarını arayırıq”.

Təşkilat rəhbəri qeyd edib ki, qadının həyat yoldaşı Kürdəmirdəki orta məktəblərin birində müəllim işləyir: "Qadın psixoloji və fiziki təzyiqlərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmək istəmir. Hətta bizdən də hadisəni gizlətməyi xahiş edir. Getməyə yeri olmadığından ailəsinə geri dönməyə, yenə də bu şəraitdə yaşamağa razıdır. Çünki sığınacaq evindən çıxandan sonra iki azyaşlı övladı ilə küçədə qalmaq məcburiyyətindədir. Qadın evdən qovularkən azyaşlı uşaqlarını ona verməyiblər. Lakin sonradan həyat yoldaşı və qaynı evdə olmayanda uşaqlarını götürə bilib. Amma ata uşaqların sənədlərini vermir. Buna görə də rayon hüquq-mühafizə orqanlarından kömək istəyəcəyik”.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 9 698
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri