"Həyat yoldaşımla rəsmi nikahım yoxdur" - Məşhurların vətəndaş nikahı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 564
Səs ver:
(səs: 0)
Oxucu hər zaman sevdiyi məşhurun hər addımı ilə maraqlanır, xüsusən də onun şəxsi həyatı ilə. Gizli eşq yaşamağa üstünlük verən məşhurlar bəzən bunu toyla elan edirlər, bəzən isə ayrılıq xəbərləri ilə gündəmə gəlirlər. Maraqlıdır, görəsən nə zamansa onlar bu sevgilərini vətəndaş nikahı çərçivəsində yaşayıblar, ya yox? Bu dəfə məşhurlara bu sualla müraciət etdi.
 
Vətəndaşı nikahı...
 
"O nədi ki?”, - deyərək sualımıza sualla cavab verən yumor ustası Fərda Xudaverdiyevə verdiyimiz açıqlamadan sonra nəhayət ki, suala cavab ala bildik.
Ampluasına uyğun olaraq öncə yarı zarafat, yarı gerçək şəkildə "hə, bu, artıq zövq məsələdi” deyən aktyor əslində buna iki əlli qarşı olduğunu da etiraf etdi.

"Əlbəttə, kimin ürəyi necə istəyir, elə də yaşayır. Heç kimə bunu belə etmə deyə bilməzsən. Amma şəxsən mən bu cür münasibətə razı olmazdım,  hətta qarşıyam. Çünki Allah-Təala buyurub ki, yarını tap. Əgər onu tapmısansa, hər şey normal, qaydalar çərçivəsində baş tutmalıdır. Sözün düzü, o insanları başa düşmürəm. Axı nəyi gözləyirlər ki?!” - deyən Fərda sonda da cavabını sualla bitirdi.
 
Əməkdar artist İlqar Muradov bu cür münasibəti qeyri-sağlam münasibət kimi qiymətləndirdi:

"Heç tərəfdarı deyiləm. Qəti şəkildə etiraz edirəm. Vətəndaş nikahı əsasında yaşanan birlikdəliyi sağlam ailə kimi görə bilmərəm. Çünki kəbin və rəsmi nikah sağlam ailənin olması üçün vacib şərtlərdir”.
 
Müğənni Samira Allahverdiyeva Allahın buyurduğu şərtlərə uyğun qurulan münasibəti daha doğru hesab edir. "Kəbin mütləq olmalıdı. Kəbinsiz necə ailə qurmaq olar?!  Valideynlərin xeyir-duası olmadan necə birlikdə yaşamaq olar?! O ki qaldı rəsmi nikaha, bu da kəbin kimidi. Rəsmi nikah bağlamaq istəməyən şəxsləri heç cürə başa düşmürəm. Təbii ki, həm rəsmi nikah, həm də ən vacibi kəbinim var. Hətta kəbin kağızımızı çərçivəyə salıb evimin ən gözəl yerindən sanki bir dua kimi asmışam”.
 
"Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov isə həmkarlarından fərqli olaraq müsbət yanaşdığını bildirdi:

"Nə vaxtsa mənim də seçimim ola bilər. Şərt deyil ki, harasa imza atım. Üzük taxıb imza atmaq sadəcə münasibəti rəsmiləşdirmək üçündür. Amma sən özünü kiminləsə yaxşı hiss edirsənsə, bu, kifayət edər. Baxmayaraq ki, mentalitet məsələsi var. Amma düşünürəm ki, insanlar öncədən bir-birini tanısa, daha yaxşı olar. Gəzmək, əylənmək, sevmək bəzən kifayət etmir. Çünki ola bilər ki, sənin çox sevdiyin xanım ev şəraitində tamam fərqli olsun. Hətta çox pinti də ola bilər”.
 
Demək olar ki, Avropanı qarış-qarış gəzmiş "Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçimiz Səbinə Babayeva da etirazını bildirərək sözə başladı:


"Vətəndaş nikahına münasibətim pisdi, hətta çox pis. Düşünürəm ki, belə olmamalıdı. Vətəndaş nikahı çərçivəsində münasibət quran gənclər səhv edirlər. İnanın ki, vaxtı gələndə səhvlərini başa düşəcəklər. Amma onda da çox gec olacaq”.
 
Müğənni Teymur Əmrahın fikrincə,
bu cür münasibətin arxasında başqa məqamlar dayanır: "Əlbəttə, heç vaxt bunu dəstəkləmərəm. İnsanın seçdiyi bir xanım olmalıdı və onunla da ailə qurmalıdı.Vətəndaş nikahı nəyə lazımdır ki?!  Normal ailə qurmaq daha doğrudu”.
 
Pişik ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova hesab edir ki,
hər şey qanuni yolla olsa daha yaxşı olar. Amma ifaçı VVAQ-ın olmasını bir o qədər də önəmli hesab etmir.

"Mən illər öncə yalnız kağız üzərində ailə qurdum. Kəbinim də var idi, rəsmi nikahımız da. Amma nəticəsi nə oldu? Ona görə deyirəm ki, kağız hər şeyi həll etmir. Bu gün evlənmək də, boşanmaq da çox asanlaşıb. Yerindən duran yolunu VVAQ-dan salır. Məncə, bu məsələ bir az ciddiləşməlidir. Cərimələr tətbiq olunmalıdır ki, boşanma halları azalsın. O qədər görmüşük ki, rəsmi nikahı, övladı ola-ola kənarda başqa biri ilə yaşayanları... O ki qaldı mənə, bunu zaman göstərər. Bəlkə də nə zamansa vətəndaş nikahına razı oldum. Amma bir tərəfdən də ailəmi düşünürəm. Axı valideynlərimə necə deyə bilərəm ki, bir kişi ilə yaşayıram, alınsa ailə quracam”.
 
Əli Mirəliyev vətəndaş nikahında yaşamağa razılıq verən gəncləri şiddətli şəkildə qınadı. Onun sözlərinə görə, kişi kiminləsə münasibət quranda fikir verməlidir  ki, bu kimdir, kimlərdəndir:

"Əgər ailəsinə layiq biridirsə, onda niyə qeyri-qanuni yaşamalıdırlar ki? Bizim vaxtımızda boşananlar bu qədər deyildi. Çünki indiki kimi "3-cü cins”in nümayəndələri yox idi. Hər kəs də ailə quranda bilirdi kiminlə ailə qurur. Və belə olan halda heç vətəndaş nikahı çərçivəsində yaşamağa da gərək qalmırdı", – deyə Ə.Mirəliyev bildirdi.
 
Müğənni İlhamə Qasımovanın sözlərinə görə, əsas kəbindir:

"Həm hazırkı həyat yoldaşımla, həm də bundan öncə ailə quranda kəbinim olub. Mənim üçün nikah şəhadətnaməsi bir o qədər də vacib deyil. Heç indi həyat yoldaşımla rəsmi nikahım yoxdur. Amma bu, bizi qəti şəkildə narahat etmir. Nə kəbin, nə də rəsmi nikah olmadan birlikdə yaşamağa gəlincə isə, buna qəti şəkildə razı ola bilmərəm”.
 
Müğənni Rəhim Rəhimli isə vətəndaş nikahına nəinki normal yanaşır, hətta o, bu cür münasibət yaşadığını da etiraf edib:

"İllər öncə  bir xanımla vətəndaş nikahı çərçivəsində münasibət qurduq, yaşadıq. O xanım bu gün də mənim üçün dəyərlidir. İndi onunla yaşadığım sevgini tapa bilmirəm. Yalnız bir günlük, 5 saatlıq macəralarım olur”.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 564
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri