Ermənilər Ağdam məscidində porno çəkir- DƏHŞƏT FOTO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 19 726
Səs ver:
(səs: 1)
Son aylar Azərbaycan ictimaiyyəti tez-tez hansısa əcnəbi şəxslərin Respublikamızdan icazə almadan Dağlıq Qarabağa səfərlər etməsi barədə xəbərlər almağa başlayıb.

Qadınlar.Biz oxu.az-a istinadən xəbər verir ki, bunlar jurnalistlər, bəzi ölkələrin siyasi xadimləri olublar, sonuncu dəfə isə KİV və ictimaiyyət italiyalı müğənni Al Banonun Qarabağa qanunsuz səfərini müzakirə edirdilər.

Bu səfər nəticəsində o, bizim Xarici İşlər Nazirliyinin "qara siyahısı”na düşdü ki, bu da müğənniyə italiyalı həmkarları ilə birlikdə Bakıda konsert verməyə mane olurdu. Lakin Al Bano öz səhvini anladı, üzr istədi, bağışlandı və onun adı XİN-nin "qara siyahısından” çıxarıldı.

Son illər Qarabağımızı ziyarət edən əcnəbi şəxslər barədə dəfələrlə xəbərlər oxumuşuq və hər dəfə ictimaiyyəti Qarabağ münaqişəsi, Azərbaycan Respublikasından icazə almadan işğal olunmuş torpaqlara səfərlərin arzuolunmazlığı barədə kifayət qədər məlumatlandırmamağımızı əsas gətirərək, qəzəblənmişik.

Bu günlərdə biz oxucularımızdan birindən məşhur aktrisa, daha doğrusu, avstraliyalı pornoaktrisa Xloya Konradın şəklini aldıq. Həmin şəkildə pornoaktrisa Azərbaycanın işğal olunmuş Ağdam şəhərindəki Ağdam məscidinin qarşısında dayanıb.

Foto Xloya Konradın "Tvitter” (twitter.com/chloeconradxxx) mikrobloqunda 9 fevral 2012-ci ildə yerləşdirilib.

Əlbəttə ki, çoxlarınızda sual yaranacaq: bəs nə üçün bu barədə bu gün yazırsınız? Sizi məşhur pornoaktrisanın Azərbaycanın işğal olunmuş torpaqlarına səfər etməsi barədə xəbər yerləşdirməyə nə vadar etdi?

Belə alınıb ki, 2012-ci ildə bizim mətbuat Avstraliya, Avropa və ABŞ-ın bəzi vətəndaşlarının, o cümlədən də Xloya Konradın müxtəlif ölkələrdən, Qarabağdan keçən avtomobil turuna qatılması barədə məlumatı diqqətdən qaçırdıblar, həmin tədbir heç bir yerdə çox işıqlandırılmayıb. Lakin oxucularımızdan birindən bu şəkli aldıqdan sonra biz başa məqam haqqında düşündük və yəqin ki, siz də bunu edəcəksiniz...

Bizi bu barədə yazmağa inciklik hissi vadar etdi. Ona görə inciklik hissi ki, bizim əzəli torpaqlarımız, Vətənimizin bir parçası olan Qarabağı hansısa pornoaktrisalar, müxtəlif müğənnilər ziyarət edə bilir, lakin biz, torpağın əsl sahibləri Vətənimizin bu guşəsinə gedə bilmirik...

Həmin avstraliyalı pornoaktrisa Xloya Konradın bizim doğma, əziz Qarabağımızda, Ağdam rayonunda, Ağdam məscidi qarşısında çəkilmiş şəklini təqdim edir...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 19 726
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri