Bu gün Emin Ağalarovun doğum günüdür

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 659
Səs ver:
(səs: 2)
Bu gün  məşhur bəstəkar-ifaçı Emin Ağalarovun doğum günüdür.

O, 1979-cu il dekabrın 12-də Bakıda anadan olub.

4 yaşından Moskvada yaşayan ulduz İsveçrə və ABŞ-da təhsil alıb. Rusiyada bizneslə məşğul olur və "GQ” jurnalının 2011-ci ildə "İlin iş adamları" namizədləri arasından birinci yerə çıxıb.

ABŞ-da olarkən ifaçının musiqiyə marağı yaranıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və  müəllimi, unudulmaz sənətkar Müslüm Maqomayev onun kumirləri sırasındadır. 2006-cı ildə "Still”adlı ingiliscə ilk albomunu çıxarıb və eyniadlı mahnı tez bir zamanda hitə çevrilib. Bu musiqi toplusunda o, həm də bəstəkar kimi özünü göstərib. 2007-ci ildə "İncredible” adlı albomunu sevənlərinin ixtiyarına verib.

Emin 2010-cu ildə artıq Avropaya musiqisini tanıtmaq qərarına gəlib və "Wonder” albomunu Britaniyada satışa çıxarıb. "Obvious” mahnısını "This Morning” verilişində ifa edən sənətçi böyük diqqət görüb. Əksər mahnılarının müəllifidir. Rusiya, Ukrayna və Azərbaycanda konsertlər verməyə davam edir.

Emin Ağalarovun "Giving İn”, "Don't cry”, "Wonder”, "Falling”, "Any time you fall”, "Obvious”, "Stick together”, "Still, Make the worl go away”, "Just for one night”, "Amor”  klipləri var.

İfaçı-bəstəkar bu il həm də ən böyük yarışmalardan biri olan "Kainat gözəli” müsabiqəsinin təşkilatçısı qismində çıxış edib.

Məşhur azərbaycanlı iş adamı Araz Ağalarovun oğludur.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 659
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri