Ebru həbsdə olan ərindən danışıb ağladı - video

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 264
Səs ver:
(səs: 2)
Son günlər mətbuatın gündəmindən düşməyən türkiyəli müğənni Ebru Gündəş "O səs Türkiyə” yarışmasında rüşvət qalmaqalı səbəbi ilə həbsxanada olan həyat yoldaşı, cənubi azərbaycanlı iş adamı Rza Zərrab haqda danışıb.



Qadınlar.biz xəbər verir ki, gözyaşlarına hakim ola bilməyən müğənni hər kəsdən ona dəstək olmasını istəyib:



"Çox təəccüblü və qəmgin olduğum bir mövzudur. Rza mənim ərim və uşağımın atasıdır. Biz bir-birimizi çox sevərək evlənmişik. Ailə qurarkən söz verdik ki, yaxşı və pis gündə birlikdə olacağıq. İndi də həyatımızda qaranlıqdır, amma bilirəm ki, hər gecənin bir sabahı var. Bilirəm ki, bunun da bir sabahı var. Daha öncə də bir xəstəliklə üz-üzə qaldım. On gün sonra verilişlərin birinə çıxdım, 3 ay sonra isə səhnəyə qayıtdım. Evlənməmişdən öncə də, evlənəndə də işimi görürdüm, bu gündən sonra da belə olacaq. İnşallah, bu qara günlər tez keçər. Övladımın daha artıq üzülməsini istəmirəm. İndi yalnız cismən burdayam, ruhən isə əsla. Çünki içim qan ağlayır”.



"O səs Türkiyə” yarışmasının münsif  kürsüsündə əyləşən Ebru bu hadisələrə görə yarışmanı qoyub getməyəcəyini söyləyib: "Elə bilirdim ki, biz burada sadəcə əylənib gülürdük. Amma gördüm ki, hər şey tək bundan ibarət deyilmiş. Çox sağolun ki, bu günümdə hər biriniz yanımda oldunuz”.



[media=http://www.youtube.com/watch?v=_WPMdDGi_c8]

(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 264
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri