Gəlin:“12 yaşımda tanımadığım biriylə evləndirdilər”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2594
Səs ver:
(səs: 3)

Türkiyədə 11 yaşında gəlin köçürülən, 12 yaşında ana olan, 14 yaşında isə vəfat edən Kader Ertenin dramı, uşaq gəlinləri bir dəfə daha gündəmə gətirdi. Yaxşı, bəs oyun oynamaq yaşında evləndirilən uşaqlar nə deyir? Uşaq gəlinlər kabus dolu o günlərdən danışıb...

"16 yaşımda oğlumu qucağıma verdilər”

-15 yaşımda evləndim. Qorxunc bir şeydir. İzah etmək mümkün deyil. Böyük bir ailənin içinə girirsən, necə davranacağını bilmirsən. Məsələn, mən kişilərin qarşısında ayağa qalxmaq lazım olduğunu bilmirdim. Bilmədiyim üçün də ilk şillə dəymişdi mənə. 16 yaşımda oğlumu qucağıma aldım. 23 yaşım var və ərim vəfat edib.

"Eyvandan oyun oynayanlara baxırdım”

-17 yaşımda evləndim. Həyat yoldaşım əsgər idi. Əvvəlcə Qarsa, sonra isə İstanbula getdik. 18 yaşımda ana oldum. Gənc qızlara baxıb həsəd aparırdım. Bir gün yoldaşım gəldi, yeməkdən sonra televizora baxırdıq. Küçədə məhəllənin gənc qızları yığışıb oyun oynayırdılar. Həyat yoldaşım oyun oynayanlara necə baxdığımı görüb və mənə "oynamaq istəyirsən?” deyə soruşmuşdu. O qızıma baxdı, mən də oyun oynamağa getdim. Həyat yoldaşım hər zaman mənə çox dəstək olub. Hər kəs mənim qədər şanslı deyil.

"Uşaqlar məni qovardı”

-10 yaşında Qaziantepə gəlin getdim. Küçədə gedərkən uşaqlar məni qovurdu. "Kiçik gəlin” deyib qışqırırdılar. Əlimlə paltar yuyurdum. Qayınanam məni döyürdü. Qaynım çörək bişirəndə qarnıma bıçaq soxmuşdu. Sonra qapını üzərimə bağlayıb getmişdi. Qayınatam məni ata mindirib xəstəxanaya aparmışdı. Mənə suallar verirdilər. "Necə oldu?” deyirdilər. "Balqabaq kəsərkən oldu” demişdim. Məhkəməyə göndərdilər. Prokuror və hakim məndən istəyərək yoxsa, zorla evləndirildin?” deyə soruşmuşdu. İki qolumu möhürlədilər. Yaşımı artırmaq üçün Diyarbakıra getdik, əks halda ərim həbs olunacaqdı. Sonra evə qayıtdıq. Hələ yaram sağalmamış, işə başlamışdım.

"12 yaşımda tanımadığım biriylə evləndirdilər”

-Atam məni 12 yaşımda gəlin etdi. Ərimin 20 yaşı var idi. Heç vaxt görməmişdim onu. Məni apardılar, "Bu ərindir” dedilər. 20 il onun yanında qaldım. Olmaz olaydı, çox acı günlər idi.

"Atam səhər qalxıb "Dur, ərə gedirsən” dedi”

-Biz qərar verə bilmirik, bizim dilimiz yoxdur. Atamız nə desə o olacaq. Səhər qalxdı, "gedirik” dedi. "Hara gedirik?” soruşdum. "Ərinin yanına” dedi. Üzr istəyirəm, heç cinsi əlaqəni belə bilmirdim.

"Hər kəs məktəbə gedərkən, məni gəlin etdilər”

-13 yaşında hər kəs məktəbə gedərkən, mən 30 yaşlı adamla evləndirildim. Getdiyim adamı atam kimi gördüm. Heç vaxt onun yanına yaxınlaşa bilmirdim. Gecə olanda çox qorxurdum. Otağına belə girə bilmirdim. Ona həmişə ata gözü ilə baxmışam. Hələ də o psixologiyadan qurtula bilməmişəm.

"Atamı dəyişdirmək istəyərdim”

-Həyatımda dəyişdirmək istədiyim tək bir şey var, o da atam.

"Oyun oynayanda, kürəkən etdilər”

-14 yaşımda evləndim. Həyat yoldaşımın 16 yaşı var idi. Küçədə topla oynayanda "Gəl, toy edirik” dedilər.

"İmtahanı qazandığım gün evləndirilmişdim”

-14 yaşım olanda atam məni öz qardaşının uşağıyla nişanladı. Əməliyyata girirdi. "Ölsəm qızım sizə əmanətdir” deyib. Onlar da gəlib istədilər. Amma mən oxumaq istəyirdim. Universitet imtahanlarına girdim, imtahanı qazandığımı evləndiyim gün öyrəndim.

(səs: 3)
Şərhlər: 10
Baxılıb: 2594
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 10331
Xəbər sayı: 340
Qlamurr
Turkiyenin ucqar kentlerinde tez evlenmek adi haldi,bu iwin ustune duwubler.Dogrudan da dehwetli bir weydi,bu yawda evlenmek,uwaqligini yawamamaq.
16 yanvar 2014 23:27
10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Şərh sayı: 12570
Xəbər sayı: 1394
Wiyinka
dehwet..............
16 yanvar 2014 18:33
9
Şərh sayı: 8722
Xəbər sayı: 208
Narminovski
Bunlar 12,14 yasinda ere gedirse onda men evde qalmisamki)) dogurdanda dehsetdi Allah heckime gostermesin
16 yanvar 2014 18:31
8
Şərh sayı: 9443
Xəbər sayı: 2
lili)
esas valideyindir 12 yasda bir usaq evlilik nedi bilirki? ne bilim ALLAH bu valideyinlere aqil fikir versin
16 yanvar 2014 17:06
7
Şərh sayı: 15186
Xəbər sayı: 995
Antikvar
bu barede men hecne deye bilmerem cunki ozumde 14-yasda evlenmisem hec kes meni mecbur elemeyib sadece hecne anamadigimdan ne he dedim ne yox birinci mene valdeynlerimden vetenimden uzaq qaldigim ucun cox cetin oldu taki 17-yasda birinci ovladimi dunyaya getirene qeder.Menim bir terfden sansli idim ki meni basa dusen seven her dediyimi eleyen darixmayim deye etrafi her gun gezdirerdiki fikrim qalsin.Bilirsiz ne yadimdan cixmir bir defe yoldasimdan kukla istemisdim alsin onunla yatmag isteyirdim cunki subayligda kuklaynan yatardim hemise nese yoldasim etrafindaki qohumlarin birden gulerle deye cekinib almadi sonra yeni il bayrami ucun yolka birde iqrusqalari alanda saxta baba da var idi men onu goturub her gece ustunu ortub onnan yatardim ustu aciq olanda yoldasima deyerdim sen bunun ustunu acmisan o da qayidib deyerdi usagsanki usag ne deyim sene men acmamisam.Sonra qaynima yeni yoldasimin qardasinnan danisanda dedim mene kukla al o da bize gelende ne alsa yaxsidi oynayan it onda oldum gulmekden dedim men bu ite axsamlar baxsam qorxumdan yata bilmerem ki nese qizlar belkede oxuyub bu qiza bax bu uasda evlenib ne bilim ne ancaq bilin ki her kesin bir cur qismeti var indi sukur allahima narazi deyilem mene agilli meni ailesini usaqlarini seven bir ata var tebiii mende onu cox sevirem
16 yanvar 2014 15:38
6
Dinləməyi sev-Danışmağı yox...Ağıllı olmağı sev-Ağıl verməyi yox...Özünü ailəni sev-özgəsini yox..Vaxt gələr elə zərbələr alarsan ki,göz yaşlarıyla bərabər niyə belə oldu?Sualları ürəyini ağrıdar....


İmza:Antikvar
Şərh sayı: 13482
Xəbər sayı: 297
Miss_Oxatan
Turk kanallarinda wou alemine yada bir cox zengin ailelerin yawayiw terzine baxanda duwunursenki dunyanin en muasir en inkiwag etmiw sosial olkesidir,ancaq onlarda hele de tore anlayiwi qalibki xalqin yarsindan coxu bunun eziyyetini cekir,tore,qan davasi,erken evlilik,eynen hindular kimi.esasen kurd esilli turkler beledi.on yawinda olan ozu uwaqdi,cox acinacaqli bir durumdur bu,her weyi cozmeye caliwan Erdogan bu prablemleri de temelli hell ederse bax o zaman esl onder unudulmaz lider,siyasetci kimi esrler boyu yaddawlarda qalar.
16 yanvar 2014 15:28
5
#flatearth
Şərh sayı: 6181
Xəbər sayı: 117
Zeynuş
Allah uzaq elesin
16 yanvar 2014 14:58
4
Agaca dayanma çürür,insana güvenme ölür.Aç ellerini Rabbine seni bir tek O görür.
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
Allah uzaq elesin,ele valideyinlerede axil fikir versin,Amin insallah
16 yanvar 2014 14:43
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 2239
Xəbər sayı: 24
Gunesh
Ehh. Allah sebr versin
16 yanvar 2014 14:25
2
Heç kiə çirkli ayaqları ilə beynimdə və düşüncəmdə gəzməsinə icazə verməmişəm...! (M.Qandi)
Şərh sayı: 80979
Xəbər sayı: 30
BARBI
sadece dehsetdi onlar oyun oyuncaq yerine qucaginda usaq tutur .bele valideynlere valideynde demek olmaz cunki onlar insan deyiller.
16 yanvar 2014 14:09
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri