Röyanın həyatından bəhs edən - Erotik roman

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 15 032
Səs ver:
(səs: 10)
Müğənni Röyanın həyatından roman çap edilib.

Yazçının yaxın dostu Qan Turalının "Qafqazinfo"ya verdiyi məlumata görə, Cavid Zeynallının "Leyla” romanında müğənni Röya Ayxanın həyatının hamıya bəlli olan tərəfləri açıqlandığı kimi, müğənninin həyatındakı gizli məqamlar da yer alıb:

"Qəhrəmanın adı da Leyla Ayxandır. Romanda Röyanın məşhurluqdan əvvəlki ağır və keşməkeşli illəri təsvir olunub.

Röyanın atasız böyüməsindən, ingilis dili müəlliməsi olan anasının qulluqçuluq edib onları saxlamasından, anasının onu quru çörək dalınca göndərməsindən, "W-Trio” günlərində yaşadığı əzablardan, gecələməyə yer tapmayıb restoranlarda yatmasından, "Bakı payızı” müsabiqəsindən qələbə qazanmağından bəhs edən roman müğənninin efir qadağasından sonra qarşılaşdığı hadisələr əks etdirib.

Yazıçı müğənni Röyanın dostları, məktəb və İncəsənət Universitetindəki yoldaşları ilə görüşərək müğənninin həyatı ilə bağlı heç kimə məlum olmayan faktları toplayaq onları bədiiləşdirib. Röyanın bəstəkarla tələbəlik illərində yaşadığı eşq də geniş şəkildə göstərilib.

Şou-biznesi idarə edən gizli mafiyanın Röya ilə xüsusi amansızlıqla rəftarı romanda sənədlər əsasında sübut edilib.

Röya Ayxanın özündən xəbərsiz yazılan bu romanına necə reaksiya verəcəyi hələ də bəlli deyil".
(səs: 10)
Şərhlər: 11
Baxılıb: 15 032
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri