18 yaşlı qız: “Bizi atamın gözü qarşısında zorladılar…”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 9 247
Səs ver:
(səs: 4)

18 yaşlı qız: "Bizi atamın və qardaşlarımın gözü qarşısında zorladılar…”

 

Suriyadan gələn xəbərlərdə Bəşər Əsəd tərəfdarlarının törətdikləri vəhşiliklərin hər an daha da dəhşətli hal aldığı bildirilir.

 

 

ANS PRESS-in Suriya mətbuatına istinadən verdiyi məlumata görə, Bəşər Əsadın silahlı əsgərləri bir ailəyə hücum edərək, görünməmiş vəhşilik törədiblər.

Verilən məlumatda bildirilir ki, silahlılar ailənin 3 oğlunu analarının və 2 bacısının gözü qarşısında əvvəlcə döyüblər. Daha sonra, silahlılar 8, 12 və 18 yaşlı qardaşları tikə-tikə doğrayıblar. Onlara etiraz edən yaşlı atanı və ananı da döydükdən sonra qızları lüt soyundurublar. Silahlılar 15 və 21 yaşlı qızları kütləvi şəkildə zorlayıblar. Hətta atanı da qızları ilə cinsi əlaqəyə girməyə məcbur ediblər. Kişi bundan imtina etdikdə isə onu da bıçaqla hissələrə parçalayıblar.

Bundan da kifayətlənməyən silahlılar, yaşlı qadını övladlarının qanında üzməyə vadar ediblər. Qadını sürüyüb qanla dolu evin içində yerə yıxan silahlılar, qanın içində çapalayan ananın gözü qarşısında 15 yaşlı qızı zorlayaraq öldürüblər.

 

 

"Çox dəhşətli mənzərə idi. Qardaşlarımı öldürdülər. Atamı da tikə-tikə doğradılar. Anamı əzizlərinin qanı içində üzməyə məcbur etdilər. Bacımı və məni onların gözü qarşısında zorladılar. Bacımı öldürdülər. Onlar gedəndən sonra, istədim anamı yerdən qaldırım. Amma bacarmadım. Çünki anamın ağlı başından çıxmışdı. Anam dəli olmuşdu”, - deyə silahlılar tərəfindən zorlanan 21 yaşlı qız başına gələnləri bildirib.

 

 

Qeyd edək ki, Bəşər Əsədin tərəfdarı olmadığı üçün silahlıları ailənin başına belə müsibət gətirib. 

(səs: 4)
Şərhlər: 7
Baxılıb: 9 247
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri