Cavan gəlin:“Məni döşəmənin üstündə zorladı”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 13 363
Səs ver:
(səs: 4)
 "Məni döşəmənin üstündə zorladı” - Əri xərçəngdən ölən qadının tükürpərdici hekayəti
 
Səlimlə evliliyimiz təsadüf deyildi. Bir-birimizi sevmişdik. İki il nişanlı olmuşduq. Mən Tibb Universitetini bitirəndən sonra çox gözəl, təmtəraqlı toyumuz olmuşdu. Toydan birbaşa Səlimin atasının bizim üçün aldığı evə getmişdik. Evi ilk gördüyümdə heyrətə gəlmişdim. O qədər gözəl, zövqlə təmir olunub, bəzədilmişdi ki...

 

Gözəl günlərimiz başladı. Bir sözümü iki etmirdi Səlim. Ali təhsilimi bitirəndən sonra şəhərdəki tanınmış xəstəxanalardan birinə işə düzəltdi məni. Yeddi ilə yaxın ailəli olduq. Ancaq övladımız olmadı. Xəstəxanaya yanıma gətirilən körpələrin hər birinə öz övladım kimi baxırdım, hər birini bağrıma basanda qoxularını sinəmə çəkir, özümünmüş kimi sevirdim.

 

Bu hal məni daha çox narahat edirdi, nəinki Səlimi. Bu mövzuda danışmağa belə qoymurdu, fikrimi dağıtmağa, mümkün qədər xoşbəxt etməyə çalışırdı.

 

Tam altı ili beləcə yaşadıq. Günümüz deyib-gülüb əylənməkdə, gəzməklərdə, səyahətlərdə keçdi. Ancaq hər şey birdən-birə dəyişdi. Son zamanlar onun evdən soyuduğunu hiss edirdim. Heç nəyin üstündə, səbəbli-səbəbsiz məni döyməyə, təhqir etməyə başlamışdı. Get-gedə münasibətlərimiz dözülməz həddə çatdı. Onun həyatında başqasının olmasından şübhələnirdim. Amma sübutum yox idi.

 

Həmişə işdən çıxanda dalımca gəlib məni evə özü gətirərdi. Amma son vaxtlar gəlmirdi. İşdən çıxıb marşrutla gəlirdim evə.

 

Həmin gün də işdən gəlib təzəcə rahatlandımışdım ki, Səlim də gəldi. Özgə adamlar kimi süfrə başında oturub şam etdik. Heç birimiz danışmırdıq. Aramızadakı bağlar öz-özündən qırılıb-tökülürdü. Süfrəni yığışdırıb otağa keçdim, televizoru açıb divanda oturdum. Səlim otağa girib qol saatını da, telefonunu da stolun üstünə qoydu.

 

- Hamama girirəm.

 

....

 

On-on beş dəqiqə keçmişdi ki, Səlimin telefonuna mesaj gəldi. Az keçmədi ki, ikinci dəfə də mesaj gəldi, özümü saxlaya bilmədim, telefonu açıb mesajı oxudum. Mesaj Lala adlı dostdan gəlmişdi. Sevgi mesajı idi. Səlimi səbrsizliklə gözlədiyini yazırdı. Məsələ məlum idi. Mənim şübhələrim boş yerə deyilmiş.

 

Səlim hamamdan çıxıb mətbəxə keçdi, özünə çay süzdü. Sonra yataq otağına keçib qapını örtdü. Sakit-sakit onun hərəkətlərini izləyirdim. Ancaq özümü elə aparırdım ki, guya heç onu görmürəm.

 

Dəhlizdə qurdalandığını duyurdum, ancaq dönüb baxmırdım. Görünür, mənimlə göz-gözə gəlmək istəyirdi deyə, ləngiyirdi. Bu vəziyyət uzanmasın deyə, dəhlizə boylandım.

 

- Mən getdim...gəl qapını bağla, gecə gəlməyəcəm...

 

 

Əvvəlki vaxtlar olsaydı, kim bilir bunu necə qarşılayardım, ancaq indi sakitcə, evin qulluqçusuyammış kimi qapını bağlayıb otağa keçdim.

 

Artıq vəziyyət hər ikimizin ailəsinə bəlli idi. Qayınanam heç nəyə baxmayaraq, oğlunu müdafiə edirdi. Son məqamda söz tapmayıb: "O kişidir, ona hər şey  olar,” – deyirdi. Hər gün daha da pis olurdu. Biz artıq bir evdə yaşaya bilmirdik.

 

İki gün sonra evə gələn Səlim ayaq üstə güclə dururdu. Özümdən ixtiyarsız soruşdum:

 

- Bu nə haldı, Səlim? Ayaq üstə dura bilmirsən ki...

 

- Sənə nə...sən kimsən?

 

Və nə düşündüsə, sifətimə solaxay bir şillə tutuzdurdu. Artıq dözə bilmirdim. Yataq otağına keçib qapını arxadan bağladım. Səlim dalımca gəlib qapını yumruqlamağa başladı. Bacardığım qədər cavab vermədim, ancaq səs-küyün qonşuları narahat edəcəyini görüb, qapını açdım. Elə bunu gözləyirmiş kimi üstümə şığıdı, vəhşi kimi döyüb, sonra da döşəmənin üstündəcə zorladı...

 

Bu, son idi. Daha artığına dözə bilməzdim. Səhərə qədər gözümə yuxu getmədi, ağlamaqdan üz-gözüm şişmişdi. Səhər heç nə olmamış kimi nahar edib işə getdi. Səlim evdən çıxan kimi, atam evindən gətirdiyim, özüm aldığım pal-paltarımı, əşyalarımı yığıb-yığışdırdım. Taksi çağırıb Səlimin anasıgilə getdim.

 

Qapını qayınanam açdı. Məni görəndə diksindi:

 

- Nə olub?

 

- Bunu Səlimə verərsiniz, - deyib evin açarlarını ona uzatdım.

 

Sən hara gedirsən?

 

Hardan gəlmişəm ora...

 

Cavab gözləmədən pilləkənləri yüyürə-yüyürə aşağı düşdüm. Taksi aşağıda gözləyirdi...

 

Ailəm gec-tez mənim evə dönəcəyimi bilirdi. Söz-söhbətin ucundan-qulağından bilridilər deyə, ailəmin dağılacağını təxmin etmişdilər.

 

Günlər elə tez keçirdi. Elə bil evdən çıxıdğım gün dünən idi. Hansı ki, artıq bizim ayrılmağımız rəsmiləşmişdi. Səlimdən boşandım. Məhkəmədə üz-üzə gələndə Səlimin gözlərinə baxa bilmədim. O qədər yazıq, aciz və çarəsiz görünürdü. Buna rəğmən, verdiyim qərardan peşman deyildim.

 

İki il keçdi. İşə-evə rejimi ilə həyat davam edirdi. Bu iki ildə Səlim məni bir gün də gözündən qoymamışdı. Hər gün işdən çıxanda xəstəxananın tinində maşında oturub məni izləməsini, marşrut avtobusdan düşəndən evimizə çatana qədər asta-asta maşınla dalımca gəlməsini bilirdim, lakin özümü bilməməzliyə qoyur, guya heş nə başa düşmürdüm. Ancaq bir neçə dəfə xəstəxanaya gəlib mənimlə danışmaq istəmişdisə də, reaksiyam çox kəskin olmuşdu. O da məni rahat buraxmayacağını, məndən bu olanların qisasını alacağını demişdi.

 

İki il sonra xalam qızının toyunda gəlinin iş yoldaşının məndən xoşu gəlir. Kollektivdə özünə görə hörməti olan bu savadlı və intellektli cavan mənə vurulduğunu bildirəndə, xalam qızı olanları ona danışır. Mənim subay qız deyil, dul qadın olduğumu bildirir. O, isə bunu eşidəndən sonra da qərarından dönmədi. Ailəm bunu biləndə qarşı çıxdı, çünki Umut Türkiyə türkü idi və mənimlə evlənəndən sonra vətəninə dönməyi düşünürdü. Xalam qızının verdiyi xarakteristikaya və öz müşahidələrimə əsaslanıb, ailəmə qarşı çıxdım. Bütün təzyiqlərə baxmayaraq, Umutla evləndim. 

 

Bu müddətdə Səlimdən yalnız bircə dəfə xəbər oldu. Bal ayından dönəndən sonra xəstəxananın qarşısında məni gözləyirdi. Dalımca sürücü gəlmişdi deyə, çıxan kimi maşına oturmaq istədim. Səlim irəli gəlib mənə mane oldu. Danışmaq istədiyini bildirdi. Mən də hər şeyin bitdiyini, artıq ərə gedib, ailə qurduğumu bildirdim. Səlim eşitdiklərindən dəliyə döndü. Hətta gözü necə döndüsə məni vurmaq istədi. Nə düşündüsə əlini havada yumruqlayıb aşağı saldı.

 

- Başqasının arvadına əl qaldırmaq sizin kimi centlemenə yaraşmaz, cənab, - deyib maşına oturdum. Mənə elə gəldi ki, Səlim mənim ərə getdiyimi eşidib, inanmayıbmış. Öz dilimdən eşidib əmin olmaq istəyib.

 

Bu hadisədən sonra anası zəng edib anama dişinin dibindən çıxanı dedi. Deyib ki, oğlumun başına gələnlərdə qızın günahkardır, oğlumu o bədbəxt etdi. Anam onun dediklərinə cavab verməmişdi, "olan olub, danışmağın nə mənası” – dedi.

 

Bir il sonra biz Türkiyəyə köçdük. Hər şey əla idi. Umut məni xoşbəxt etmək üçün əlindən gələni əsirgəmirdi. Ailəsi də çox müasir düşüncəli, anlayışlı idi. Məni elə qarşılamışdılar ki, elə bil yüz ildir tanıyırlar. Anası deyirdi, təki oğlum xoşbəxt olsun, ona xoş, bizə də xoş...

 

Daha bir il keçdi. Biz yay tətilində Bakıya gəldik. Yayı burda qalacaqdıq. Vətəndən, ailəmdən ötrü burnumun ucu göynəyirdi, eyni zamanda da, acı xatirələrə dalmaqdan qorxurdum, istəmirdim olanları xatırlayım.

 

Mobil telefon nömrəmi dəyişmişdim, Səlim  məni tapmaq üçün ancaq ev telefonuna zəng edə bilərdi. Təbii ki, Bakıda olduğumu  bilsəydi. Gələndən heç hara getməmişdim deyə, arxayın idim ki, zənglərdən heç biri onun olmaz. Odur ki, telefon zəng çalanda tərəddüd etmədən götürdüm. Onun səsini eşidən kimi, dəstəyi üstünə qoyub, telefonu xətdən ayırdım.

 

Bir həftə sonra məni telefona çağırdılar, dəstəyi anam götürmüşdü. Kim olduğunu bilmədiyini dedi. Xəttin o başından gələn səsi o dəqiqə tanıdım, keçmiş qayınanam idi.

 

- Səlim öldü, gəl...

 

- Necə yəni öldü?

 

- Hə...öldü, xərçəng imiş, ağciyər xərçəngi. Heç kimə bildirməyib, sənə etdiklərini də özünü sənin gözündən salmaq üçün edibmiş ki, sən əziyyət çəkməyəsən, xoşbəxt ola biləsən... xahiş etdi ki, onu bağışlayasan...

 

Eşitdiklərimdən şok oldum, çox təsir etdi mənə, ancaq bir insan kimi, bir kişi kimi Səlim çoxdan ölmüşdü..

(səs: 4)
Şərhlər: 8
Baxılıb: 13 363
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri