Bacısını avtobus sürücüsünün qucağında gördü…

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 919
Səs ver:
(səs: 1)
Ərzrurumda 32 yaşlı Umut K, evli olan mikroavtobus sürücüsü Maruf A. ilə öpüşərkən gördüyü bacısını ov tüfəngi ilə vuraraq öldürüb

Hadisə Qarayazı mahalında baş verib. Eyni mahalda yaşayan və sürücü işləyən Maruf A., Umutu ailəsi ilə birgə Karaçobana rayonuna aparıb. Axşam ailəni Karaçobandan alaraq təkrar evlərinə gətirən Maruf, həddindən artıq yağış yağınca Nurettin K-nın təklifi ilə onların evlərində gecəni keçirib. Səhər ailə ilə birlikdə nahar edən Maruf, evin yanındakı çayda avtobusunun yuyarkən Nurettin K-nın həyat yoldaşı ilə birlikdə qonşularına getdiyini görüb. Maruf cütlüyün qızları Həvva K-nın yanına gedib. Öpüşməyə başlayan ikilini evdə olan qardaşı Umut görüb. Bacısını evli olan Maruf ilə öpüşərkən görən Umut K. hirsindən dəliyə dönüb. Ov tüfəngini alan Umut, ilk əvvəl qaçmağa çalışan Marufa atəş açıb, ancaq vura bilməyib. Otların arxasına gizlənən Həvvanı tapan Umut ov tüfəngi ilə bacısının başına atəş açıb. Hadisə yerinə gələn polis Umut K-nı həbs edib. İfadəsində bacısını evlərində sürüçü ilə qucaqlaşaraq öpüşdüyünü gördüyü üçün öldürdüyünü bildirib.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 919
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri