Rəqqasə Oksana üçün ideal kişi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 837
Səs ver:
(səs: 2)

"Mənim üçün o kişi idealdır ki, o qadınına hörmətlə yanaşır, öz fiziki gücünə güvənib ona  qarşı zorakılıq etmir. Ola bilsin ki, həmin kişi yaraşıq baxımından qüsursuzdur, amma qadınına hörmət qoymursa, o mənim üçün ideal deyil”. Oksana Rəsulova deyib. O hesab edir ki, ideal kişinin əlindən hər iş gəlməlidir. Bundan əlavə həm də :"O, hər vəziyyətdə qadınını müdafiə etməyi bacarmalıdır. Onun maddi və mənəvi ehtiyaclarını qarşılamağa hazır olmalıdır. Bir sözlə, xanımını xanım kimi saxlamalıdır”.

Kişilərdə hər şeydən əvvəl xarici görünüşə əhəmiyyət verdiyini deyən rəqqasə eyni zamanda bildirir: "Təbii ki, ilk baxışda kişinin xarici gözəlliyi cəlb edir insanı, amma fikir verirsən ki, görüm bu danışmağa başlayandan sonra da o gözəllik qalacaq?”.

Rəqqasə digər millətlərlə müqayisədə Azərbaycan kişisinin daha mərd olduğunu düşünür: "Son dövrlər bəziləri kişilikdən kənar hərəkət etsələr də, amma ümumi götürəndə məncə Azərbaycan kişisi digər xalqların kişiləri ilə müqayisədə daha mərd, daha qədirbiləndir. Çox uzağa getmədən belə kişilərə öz atamı, əmilərimi, dayımı misal çəkə bilərəm. Azərbaycan kişisi çalışır ki, axşam evə əliboş qayıtmasın. Buna görə də bir çox kişilərimiz pul qazanmaq üçün hətta xarici ölkələrə də gedirlər. Onların tək məqsədi evə pul gətirmək, ailələrini daha yaxşı yaşatmaqdır”.

Qadınların kişilərə nisbətən, qarşı tərəfə daha çox diqqət yetirdiyini düşünən rəqqasə evlilikdən sonra ailədaxili problemlərin yaranmasında əsas günahı kişilərdə görür: "Qadında kişiyə qarşı diqqət heç vaxt itmir: o, kişinin yeməyini bişirir, səliqəli görünməsi üçün onun paltarlarını ütüləyir. Qadın həmişə kişini sevindirəcək nəisə bir jest etməyə çalışır. Amma kişilərdə bu diqqət getdikcə azalır, buna görə də ailədə bir çox problemlər yaranır. Qadın bu zaman düşünür ki, axı, mənim sevdiyim insan əvvəl belə deyildi. Axı, o niyə dəyişib? Kişinin ayda bir dəfə qadınına gül bağışlaması onu bilirsiniz nə qədər xoşbəxt edir? Bu böyük maddiyyat da tələb etmir axı, bir dənə gül nədir ki?!”

Oksana xanım deyir ki, bunun səbəbi sadəcə bizim kişilərin qadınlara qarşı incəlik etməyi özlərinə yaraşdırmamasındadır: "Ən adi bir etik norma deyim sizə: evlənməzdən öncə kişi qadının maşından düşməsi üçün ona qapını açır, amma evləndikdən sonra, qadını əldə etdikdən sonra bu və bu kimi incə məqamlara fikir vermir. Bu adi, xırda bir misaldır. Belə adi detallar böyüməyə başladıqda böyük davalar yaranır. Buna görə də məncə evlilikdən sonrakı mübahisələrin əksəriyyətində kişilər günahkardır, mən burada qadında heç bir günah görmürəm”.

Kişi və qadın münasibətlərində ən önəmli şərtin qarşılıqlı hörmət, etibar olduğunu deyən Oksana üçün məhəbbət ikinci plandadır: "Əgər tərəflər, bir-birilərinə hörmət edirlərsə, deməli, bu münasibət uzunömrlü olacaq. Əgər bunlar itdisə, deməli ən geci bir ilə kişi və qadın da yollarını ayıracaq. İndiki zamanda məhəbbət önəmli deyil, hörmət və etibar önəmlidir”.

(səs: 2)
Şərhlər: 9
Baxılıb: 3 837
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri