"Kişiliyi, mərdliyi olan birini istəyirəm" - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 675
Səs ver:
(səs: 1)
Müğənni Səidə Sultan gündəmdən uzaqlaşmağının səbəbini açıqlayıb.

Qadınlar.biz-in məlumatına görə, sənətçi bəzi həmkarlarının ikiüzlü, yalançı davranışlarından yorulduğunu bildirib:
"Bu aləmdə o qədər üzümə gülüb, arxamca danışanlar var ki... Özlərini yaxşı göstərib, arxada yüz iş görürlər. Sənətçilər tez ruhdan düşür. Mənə qarşı edilən bu haqsızlıqlara görə inciyirəm. Nə vaxt irəli getmək istəyirəmsə, bir mənfi hərəkət görür, uzaqlaşıram. İllərdir səbir edirəm, danışmıram. Çünki heç kimə pislik etməmişəm, heç kimin ayağının altını qazmamışam. Bu aləmdə isə gərək şeytan olasan, ikiüzlü rola girə biləsən. Bunu isə bacarmıram. Həmişə sənətə hobbi kimi baxmışam. Buna görə də gündəmdə çox olmuram, tez küsüb, geri çəkilirəm”.

Şəxsi həyatından danışan S.Sultan sevdiyi insanın olduğunu etiraf edib:

"İçində kişilik, mərdlik olan, məni olduğum Səidə kimi qəbul edən birini istəyirəm. Belə bir namizəd artıq var. Əvvəlcədən danışmaq niyyətim yoxdur. Amma münasibətimiz ciddidir”.
 
 

 

 

 

 

 

 

(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 675
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri