Bakıda zorlandığını deyərək özünü yandıran qız öldü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 4038
Səs ver:
(səs: 3)
Qadınlar.Biz saytı anspress.com saytına istinadən bildirirki, 23 yaşlı Məleykə İntizam qızı Bayramlının bu gecə saat 03:00 radələrində qəfildən vəziyyəti daha da pisləşib

Bir neçə gün öncə Bakının mərkəzində özünü yandıran Lənkəran rayon sakini 23 yaşlı Məleykə İntizam qızı Bayramlı dünyasını dəyişib. 5 saylı Xəstəxananın yanıq şöbəsinin rəhbəri Vüqar Ələkbərovun verdiyi məlumata görə, qız xəstəxananı reanimaya şöbəsində vəfat edib.

Həkimin sözlərinə görə, həkim nəzarətində olan M.Bayramlının vəziyyəti bu gecə saat 03:00-də qəflətən kəskin pisləşib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

"Müalicəyə baxmayaraq, xəstənin durumundə heç bir irəliləyiş olmamışdı. Güclü yanğın xəsarətləri alan xəstənin bütün imunitent sistemi çökmüşdü. Onun qaraciyəri, böyrəyi və ürəyi fəaliyyətini itirmişdi. Bu gün onu əməliyyat edib, ölü toxumalarını çıxaracaqdıq”, - deyə Vüqar Ələkbərov bildirb.

Qeyd edək ki, Məleykə İntizam qızı Bayramlı yanvarın 30-da Bakının Səbail rayonu ərazisində özünü yandırmışdı. 20 yaşlı qız özünü yandırmamışdan əvvəl zorlandığı üçün bu addımı atdığını demişdi.

Baş Prokurorluğun məlumatına görə, 1990-cı il təvəllüdlü Lənkəran sakini Məlakə Bayramlı Əli Həbibli ilə aralarındakı mübahisəyə görə intihara cəhd edib. Məlakə Bayramlı 2013-cü ilin oktyabrına qədər MTN--nin Mühafizə Taborunda hərbi xidmətdə olmuş Əli Həbibli ilə dəfələrlə görüşərək yaxın ünsiyyətdə olub. Bir müddət sonra həmin şəxsin onu zorlaması barədə Hərbi Prokurorluğa müraciət edib. Amma sonrakı müraciətlərində o, əvvəl dediklərini təkzib edərək Əli Həbibli ilə artıq nişanlandıqlarını bildirib. Şikayətlərindən imtina edib.
Prokurorluq bildirir ki, zorlanma hadisəsi təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilib.

Baş Prokurorluq qeyd edir ki, adıçəkilən şəxslər nişanlanaraq bir müddət əlaqələrini davam etdiriblər. Sonradan aralarında yenidən münasibətlər pozulduğuna və ailə qurmadıqlarına görə Məlakə Bayramlı özünü yandırmaqla intihara cəhd edib.
Fakt üzrə Səbail rayon Prokurorluğunda intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 4038
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 12302
Xəbər sayı: 0
tatyana
zorlayani yandir da ozunu niye yandirirsanki
5 fevral 2014 11:33
11
YAXŞILAR HER ZAMAN PİSLİYİN SACDIGI PİS QOXUDAN QOXARLAR, NE QEDER YAXŞI OLURSAN OL,ETRAFINDA PİSLİK VARSA SENE PİSLİK SAÇAR
Şərh sayı: 13482
Xəbər sayı: 297
Miss_Oxatan
Hara gedir bizim bu qadinlarin sonu,indi de insanlar bu usula el atir,intihar en boyuk gunahdir bu oz yerinde,prosta mene catmirki intiharin niye en zulmlusunu secirler.bu xalqin serb kasasi ne qeder geniwiymiw,yada kasanin alti dewikdi ona gore dolub dawmir.Allah ele hec kimin yox o kasanin altini deweni bax bele elesin axiretde.Amin.
5 fevral 2014 00:22
10
#flatearth
Şərh sayı: 9443
Xəbər sayı: 2
lili)
Allah rehmet elesin yaxinlarina sebir versin
4 fevral 2014 23:22
9
Şərh sayı: 80948
Xəbər sayı: 30
BARBI
allah bizleri qorusun.

allah bizleri qorusun.
4 fevral 2014 21:55
8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 6181
Xəbər sayı: 117
Zeynuş
off cox acilidir eslinde
4 fevral 2014 21:23
7
Agaca dayanma çürür,insana güvenme ölür.Aç ellerini Rabbine seni bir tek O görür.
Şərh sayı: 16636
Xəbər sayı: 2937
arzum-aysum
Allah hec kime gostermesin
4 fevral 2014 20:47
6
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Şərh sayı: 8819
Xəbər sayı: 0
ece uslu
dewhet allah uzaq elesin
4 fevral 2014 19:39
5
Şərh sayı: 8722
Xəbər sayı: 208
Narminovski
Dehset((
4 fevral 2014 18:20
4
Şərh sayı: 15186
Xəbər sayı: 995
Antikvar
offfff cox pis oldum oglanlara gore deymez .Allah rehmet elesin yaxinlarinada sebr versin
4 fevral 2014 17:43
3
Dinləməyi sev-Danışmağı yox...Ağıllı olmağı sev-Ağıl verməyi yox...Özünü ailəni sev-özgəsini yox..Vaxt gələr elə zərbələr alarsan ki,göz yaşlarıyla bərabər niyə belə oldu?Sualları ürəyini ağrıdar....


İmza:Antikvar
Şərh sayı: 12570
Xəbər sayı: 1394
Wiyinka
yaziq qiz,gunah hem anasinda,hemde ozundedi...cox pis oldum...ne deyesen,ama oglana gore deymez.o seni sildi,sende sil getsin....
4 fevral 2014 17:18
2
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
gunahkar kimdir
4 fevral 2014 17:15
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri