Gənclərdən möhtəşəm layihə: "Birlik üçün oxu" - video

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 028
Səs ver:
(səs: 1)
"Birlik üçün oxu" layihəsi bu dəfə unudulmaz bəstəkar mahnılarımızdan "Nazəndə sevgilim" və çox sevilən "Girdim yarın baxçasına" adlı xalq mahnımızı yeni aranjmanda təqdim edir.

Qadınlar.biz xəbər verir ki, layihənin ilk təqdim etdiyi "Ay Laçın” videosundan fərqli olaraq, iştirakçıların sayı 30-dan 80-ə alətlərin sayı 11-dən 30 fərqli alətə qalxıb. İştirakçıların seçimində layihə koordinatorlarına xalq artisti Flora Kərimova və əməkdar artistləri Azərin, Aygün Səmədzadə dəstək verib.

Birinci layihədən tanınan Ülkər (fleyta) və Natiq (skripka) Hüsüyevlər bu dəfəki layihədə ailə kimi iştirak edirlər. Skripka ifaçısı Könül xanım və 10 yaşlı oğlu Nicat Bəkirov öz balabanı ilə, davul ifaçısı Azər bəy  və 7 yaşlı  oğlu Orxan Nəzərov öz nağarası ilə layihəyə xüsusi rəng qatıblar.  Balaca Orxan həm də layihənin ən kiçik yaşlı iştirakçısıdır.

Layihənin Bakı, İstanbul, Ankara və Sofiyada çəkilişləri olub.  Bu yoxlamadan sonra layihənin növbəti kliplərinə  dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimiz də qoşula biləcəklər.

"Birlik üçün oxu" layihəsi ABŞ-da reallaşdırılmış və sonradan dünyada məşhurlaşmış "Playing for Change" (Dəyişiklik üçün çal) layihəsindən və Türkiyədə reallaşdırılmış "Doğa için çal" (Təbiət üçün çal) layihələrindən ilhamlanıb. Layihənin iştirakçıları inanırlar ki, dini, iqtisadi, siyasi, ideloloji fərqliliklərindən asılı olmayaraq, musiqi vasitəsi ilə insanları birləşdirmək, aradakı məsafələri kiçiltmək mümkündür.

Layihəni  Müsbət Dəyişiklik Gənclər Hərəkatı könüllü dəstəyi ilə reallaşdırır.

"Birlik üçün oxu" layihəsinin ikinci klipini buradan izləyə bilərsiniz:
 
[media=http://www.youtube.com/watch?v=b8lPNAEXDf4#t=71]
 
 
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 028
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri