“Mənə ərə gəldiyin üçün utanmadın?”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 7 658
Səs ver:
(səs: 2)
Müğənni Mətanət Əsədova birinci nikahının alınmamasının səbəblərindən danışıb.

Qadınlar.biz Manşet.Az-a istinadən xəbər verir ki, müğənni məşhurlaşdıqdan sonra sevildiyini, ancaq sevə bilmədiyini söyləyib:
 
"Mən Mətanət olan gündən, əzəldən çox sevildim, ancaq sevə bilmədim. Birinci nikahım 10-15 gün içində qurulan bir iş idi. Əvvəlki həyat yoldaşımla tanışlığım mağazada baş tutub. Mən qohumumla mağazaya getdim, telefonumda problem var idi. Bu oğlan telefonumu aldı və problemi həll etdi. Ondan sonra nömrəmi götürmüşdü və zəngləşirdik. Mağazada o məni görəndə inanın makiyajsız halda və saçımda maska ilə idim, başımı bağlamışdış O, məni o gündə bəyənmişdi. Özü burada yaşamırdı və mənim müğənni olduğumu da bilmirdi. Ailə qurduq. Amma dünyaya baxışlarımız fərqli idi. Həm də o, məndən yaşda kiçik idi".

Müğənni ayrılma səbəbini də açıqlayıb:
"Mən ayrıldım. Bir gün evdə oturmuşduq. O, anidən mənə qayıdıb dedi ki, gözəlim bəs nə əcəb məndən yaşda böyük idin, mənə ərə gəldiyin üçün utanmadın? Elə bir  başımdan bir qab qaynar su tökdülər. Şoka düşdüm. Və ona dedim ki, bitdi Emil. Sən içimdəki Mətanəti qırdın, ona elə bir təpik vurdun ki, param-parça oldu. Dağ çəkdin mənə. Bu gündən biz sənlə olduq dost!".

Mətanət Əsədova boşandığı həyat yoldaşı ilə indi də münasibət saxladığını deyib:
 
"Mən onunla dostam. Sabah nikahı olsa, gedib oxuyacam və həyat yoldaşına da bahalı bir zinət əşyası alıb, aparacağam. Vəssalam. Mən belə insanam".
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 7 658
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri