Erotik klipin təqdimat tarixi bəlli oldu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 5 986
Səs ver:
(səs: 2)
Müğənni Roza Zərgərlinin "Tı i ya” ("Sən və mən") mahnısına çəkdirdiyi klip fevralın 20-də təqdim olunacaq.

Qadınlar.biz-in Manşet.Az-a istinadən məlumatına görə, sənətçinin özbək müğənnisi Ziyad İşanxocayevlə duetinin ekran işindəki erotik səhnələr səs-küy yaradıb. R.Zərgərli müxbirimizlə söhbətində təqdimatda bir çox məqamlara aydınlıq gələcəyini vurğulayıb:

"Təqdimatı çox prestijli, yeni fəaliyyətə başlayan bir məkanda edəcəyəm. Klipin adına layiq bir mərasim olacaq. Orada bütün qaranlıq məqamlar açıqlanacaq. O erotik səhnədə mənim oynayıb-oynamadığım bilinəcək”.

Müğənni ünvanına söyləniləcək qınaqlara hazır olduğunu da bildirib:

"Klipin ssenarisini hazırlayanda onun haqqında deyiləcək sözləri, qınaqları nəzərə almışdım. Onların hamısına çox hazır idim. Bu məni qorxutmur. Erotik səhnələri olan kliplər yenə də mənim tərəfimdən gözlənilir”.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 5 986
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri