Zaurun xanımı ştanq qaldırdı - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 10 421
Səs ver:
(səs: 3)
Teleaparıcılar Zaur və Günay Baxşəliyevlərin təqdim etdiyi "Məni yarımdan soruş” proqramının növbəti buraxılışı da maraqlı olacaq.

Manşet.Az xəbər verir ki, bu barədə layihənin mətbuat katibi Faiq Ələkbərov bildirib. Onun sözlərinə görə, teleaparıcılar maraqlı situasiyalar ilə tamaşaçıları təəccübləndirəcəklər:

"Avtomobil və ən bahalı hədiyyələr uğrunda mübarizə aparan cütlükləri əvvəlcə verilişin aparıcıları Zaur və Günay istiqamətləndirir. Növbəti verilişdə Zaur Baxşəliyevin göbək rəqsi yalan olacaq. Zaurun daha inanılmaz hərəkətlərini gözləyin. Layihənin növbəti həftəsində cütlükləri daha ağır sınaqlar gözləyir. Zaur Baxşəliyev dikdabanda gəzməyə, Günay xanım alnında olan ürəkli şokolada toxunmadan onu həyat yoldaşı Zaurun alnına qoymağa çalışacaq. Bundan əlavə, ağır atletika ilə heç vaxt məşğul olmayan Zaur və Günay ağır ştanqı neçə saniyə havada saxlayacaq?Tamaşaçılar bu suallara fevralın 24-ü axşam saat 21:40-da ATV kanalında izləməklə cavab tapa biləcəklər. Layihədə iştirak etmək istəyən ailəli və nişanlı cütlüklər www.meniyarimdansorus.com saytından qeydiyyatdan keçə bilərlər”.

Qeyd edək ki, "Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası (ATV) və "Renk Medya”nın birgə layihəsi olan "Məni yarımdan soruş” hər həftənin bazar ertəsi saat 21:40-da nişanlı və ailəli cütlüklərin maraqlı çıxışları ilə hər kəsi ekrana bağlayacaq.

 

(səs: 3)
Şərhlər: 7
Baxılıb: 10 421
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri