Rəqsanə Türkiyədə klip çəkdirir – ilk fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 725
Səs ver:
(səs: 0)
Müğənni Rəqsanə İsmayılova ötən gün Türkiyədə ilk klipinin çəkilişlərinə başlayıb.

Manşet.Az-ın məlumatına görə, sənətçi çəkilişdən əvvəl media nümayəndələri ilə görüşüb. O, Türkiyədəki fəaliyyətindən, yeni klipindən söz açıb:

"Azərbaycanda çox tanınmış bir ifaçıyam. İnanıram ki, Türkiyədə də ən az öz ölkəmdəki qədər seviləcəyəm. Sizdən bir istəyim var ki, bizim ölkədən Türkiyəyə gəlib tanınmaq istəyən müğənnilərə qucaq açasınız, onlara dəstək olasınız. Klip çəkilən mahnının sözləri və musiqisi özümə aiddir. Mən eyni zamanda bəstəkar kimi də fəaliyyət göstərirəm. Yeni bir mahnım var, musiqisi mənimdir. Onu burada çox sevdiyim ifaçı Selami Şahinə vermək istəyirəm”.

Ekran işinin rejissoru Teoman Topcu maraqlı iş ərsəyə gətirəcəklərini deyib:

"Çəkilişlərin bir hissəsi hovuzda baş tutacaq. Hovuzumuza 9 ton su doldurmuşuq. Bu bizə asan başa gəlmədi. İndi də onun isinməsini gözləyirik”.

Qeyd edək ki, ekran işində Türkiyədə fəaliyyət göstərən ispaniyalı aktyor və model Karlos Martin rol alıb.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 725
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri