Model Minarə Allahverdiyeva yeni seriala çəkilir – FOTO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 231
Səs ver:
(səs: 1)
"Bu serialda mən öz həyatımı oynayacağam”.

"Miss Azerbaijan 2013” gözəllik müsabiqəsinin iştirakçılarından olan Minarə Allahverdiyeva yeni seriala çəkilir.

Manşet.Az oxu.az-a istinadən xəbər verir ki, İsmayıl Həsənzadənin rejissorluğu ilə model  "Ürəyimdə qalan arzum” adlı serialda baş rolda oynayacaq.

Tanınmış model müsahibəsində bunları söylədi:

"Bu həftənin sonu serialın tizeri çəkiləcək. Gələn həftədən artıq serialın çəkilişlərinə başlayacağıq. Orada baş rolda, Cəmilə adlı hüquqşünas obrazındayam. Serialda öz həyatımı oynayacağam. Cəmilə varlı bir ailənin övladıdır. Lakin valideynlərini erkən itirir. Çətinliyi də elə həmin gündən başlayır. Mən də anamı çox tez - 10 yaşım olarkən itirmişəm. Anamın vəfatından sonra mən çox stress yaşadım. Atasız yaşamaq olar, amma anasız mümkün deyil. Çünki mən o əziyyəti çəkdim”.

Qeyd edək ki, gənc və gözəl model Xəzər telekanalında yayımlanan "Sənə inanıram” adlı serialda da oynayır. Sözügedən serialın çəkilişləri də davam edir.


(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 231
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri