Azərbaycan müğənnilərinin erotik görüntüləri yayıldı - video

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 9 514
Səs ver:
(səs: 1)
"Space” telekanalında yayımlanan "Şou+” verilişi araşdırma apararaq Azərbaycan müğənnilərinin kliplərindəki açıq-saçıq səhnələri bir araya toplayıb.

Manşet.Az-ın məlumatına görə, siyahıda yer alan ilk ifaçı xalq artisti Faiq Ağayev olub. Onun "Sən gəlməz oldun” klipindəki öpüşmə səhnələri bir müddət gündəmin əsas mövzusuna çevrilmişdi. Son vaxtlar reper Qurdun "Tapın ona” mahnısına çəkdirdiyi klip də böyük müzakirələrə səbəb olmuşdu. Müğənni Roza Zərgərlinin "Tı i ya” ("Sən və mən") adlı ekran işi də erotik səhnələri ilə diqqət çəkmişdi.

Tanınmış sənətçilər açıq-saçıq kliplərə öz münasibətlərini bildirib.

Xalq artisti Brilliant Dadaşova
– Bizimkilər Beyonsa, Cenniferə baxır. Özümüzkülərdə belə hal görəndə isə amansız yanaşırıq. Dünya inkişaf edir, bizdə də belə kliplər olsun.

Müğənni Emil Bədəlov
– Roza Zərgərlinin klipində açıq-saçıqlıq var. Bizdə bunu yayımlamaq çətin olsa da, Rusiya üçün əla bir işdir.

Reper Qurd – Qızla oğlanın əynindən köynəyi çıxarmaq erotika deyil.

Müğənni Elnur – Bu cür işləri risk edib çəkirlər. Qəbul edən edir. Amma bizim kliplər maraq doğurmur. Buna görə də artıq elə işləmək lazımdır ki, yaxşı alınsın.

Əməkdar artist Nüşabə Ələsgərli – Dünya kliplərinə baxanda ağızları açıq qalır, bizimkilərə isə yox. Bu cür halları xoşlamıram. Rejissor nə desə odur. Mən oynamıram ki, aktrisa oynayır. Buna normal baxıram.

Müğənni Ramal İsrafilov
– Çəkildiyim kliplərdə buna tələbat olarsa, edərəm. Biz səhnə adamlarıyıq. İnsanlar bizi başa düşər.

Müğənni Nadir Qafarzadə - Açıq-saçıqlıq olmalıdır, amma çərçivədən çıxmamaq şərtiylə.
[media=http://www.youtube.com/watch?v=X9CdSHFXyM0]
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 9 514
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri