İntim görüntülər Zaur Baxşəliyevi həbs etdirə bilərmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 8 804
Səs ver:
(səs: 2)
Zaur Baxşəliyevin aparıcısı olduğu verilişdə ərin təqdim etdiyi videoda arvadın başqa bir kişi ilə intim görüntüləri yer alıb. Hər kəsin əri və ya qadını ittiham etdiyi vaxtda başqa məqamlar ortaya çıxdı.

Manşet.Az-ın verdiyi məlumata görə Ağcabədi Rayon Polis Şöbəsindən verilən məlumata görə, arvadını ifşa edən Pərviz Əliyev iki şərik fermerin çobanıdır və müxtəlif vaxtlarda həmin şəxslərin 36 baş qoyununu sataraq pulunu mənimsəyib. Qadının yataqda görüntüləndiyi kişi isə P.Əliyevin çobanı olduğu fermanın şəriki Qəhrəmandır. Polisə çağırılan qadın ifadəsində Qəhrəmanla yaşadığını etiraf edib. Ancaq polis başqa şübhəli məqamlar üzərində işləyir. İntim görüntülərin ər-arvadın birgə planı olması ehtimalları araşdırılır.

Hadisənin kriminal tərəfini kənara qoyub, bu kimi görüntülərin efirdə yayımlanması məsələsinə toxunaq. Bu cür halları yayanlar qanun qarşısında cavab verə bilərlərmi? Qadının intim görüntülərini yayımlayan Zaur Baxşəliyevi hansı cəza gözləyir?

Hüquqşünas Müzəffər Baxış hesab edir ki, belə məsələlər ölkə Konstitusiyasının 32-ci maddəsi ilə qadağan olunur. Baş verənləri Milli.Az-a şərh edən hüquqşünas bildirdi ki, televiziyada yayımlanan görüntü şəxsi toxunulmazlıq hüququnun pozulmasıdır. Konstitusiya hər kəsin şəxsi toxunulmazlıq hüququnu təsbit edir. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Bu kimi məsələlər qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilə edilməsindən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Bunu ölkə Konstitusiyası birmənalı şəkildə qadağan edir.

M.Baxışın fikrincə, ərinə xəyanət etdiyi deyilən və efirdə görüntüləri yayımlanan qadının həyat yoldaşı olsa belə, bu cür məlumatlar toplayırsa, bu qanunsuzluqdur. Qadının razılığı olmadan bu məlumatlar yayılıbsa və televiziyada göstərilibsə, düzgün deyil. Belə hallar Cinayət Məcəlləsinin 156-cı maddəsinə görə, şəxsi ailə həyatının sirri olan məlumatların, bunları əks etdirən sənədlərin, video, fotoçəkiliş materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanması 100 manatdan 500 manatadək və ya 140 saatadək ictimai işlərə və ya 1 ilədək islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ilə qədər müəyyən vəzifə tutmaq, fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək azadlıqdan məhrum edilə bilər.

Ekspertin sözlərinə görə, bu olayda televiziyanın vəzifəli şəxsləri öz qulluq mövqeyindən sui-istifadə edərək onlara təqdim edilmiş məlumatı qanunsuz yayıblar. Belə məsələyə görə yalnız hüquqa nifrət edən dövlətlərdə belə məlumatları yayan televiziya əməkdaşları Cinayət Məcəlləsinin 156.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmaz. Bu qəbildən olan cinayətlər Cinayət Prosessual Məcəlləsinin (CPM) 37.3-cü maddəsinə görə, ictimai xüsusi ittiham qaydasında təqib olunan cinayətlərdir. Mahiyyəti ondan ibarətdir ki, Cinayət Prosessual Məcəlləsinin 207.2-ci maddəsinə görə, bundan zərər çəkən şəxslər şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər və ya ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokuror CPM-in 37.5.1-ci maddəsinə görə, törədilmiş cinayət dövlətin və cəmiyyətin mənafeyinə toxunduğu üçün öz təşəbbüsü ilə cinayət təqibi başlaya bilər.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 8 804
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri