Bir reklamda rol almaq üçün Türkiyəyə gələn top model Adriana Limanın otel otağından çölə çıxmadığı bildirilir.
Manşet.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbula gələn kimi, yaxta ilə dəniz səyahətinə çıxan ulduz daha sonra bir neçə gün onunçün ayrılan otaqda qalıb.
Bir neçə dostundan başqa heç kimlə görüşməyən Adriana 4 gün ərzində qatıq və qaymaqdan başqa heç nə yeməyib. Olduqca kədərli görünən modelin həyat yoldaşının ona iki dəfə xəyanət etdiyinə görə boşanmaq haqqında fikirləşdiyini söylədiyi bildirilir. Hətta Markonun başqa qadınlardan da övladlarının olduğunu düşünən Limanın Mayamiyə qayıdan kimi onunla danışıb bu işi bitirəcəyi iddia edilib.