Günel: “Özümü toy biznesində görmürəm”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 198
Səs ver:
(səs: 0)
Aparıcı Günel Hümbətovanın TMB RU kanalında yayımlanması nəzərdə tutulan "Şərqin hiti” verilişi təxirə salınıb.

Manşet.Az-ın məlumatına görə, aparıcı, layihəni payızda reallaşdıracağını bildirib:

"Hazırlıqlar uzun çəkir. Düşündüm ki, artıq mövsüm başa çatır. Ən yaxşısı verilişi yeni mövsümdə yayımlamaqdır”.

Bir müddət müğənni kimi fəaliyyət göstərmiş Günel şou-biznesdən uzaqlaşmağının səbəbini açıqlayıb:

"Müğənnilik bir həvəs idi. Sonradan gördüm ki, oxumaq mənlik deyil. Aparıcılıq mənə daha yaxın peşədir. İndi müğənnilərin işi toylardan pul qazanmaqdır. Özümü toyxanalarda görmək istəmirəm. Hətta məni toya aparıcı kimi çağıranda da imtina edirəm. Dövlət tədbirlərində, bəzi məclislərdə aparıcılıq etsəm də, toya getmirəm”.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 198
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri