Bakı metrosunda anası yaşında qadına "podxod" etdi - FOTO

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 10 394
Səs ver:
(səs: 0)
Bakı metrosunda cavan oğlan anası yaşında qadınla ədəbsiz formada tanış olmağa çalışıb. O, telefon nömrəsi olan kağızı vaqondan düşərkən əyləşən qadının üzərinə atıb.

Gülməli olay bu gün səhər saatlarında metronun "28 May" stansiyasında baş verib. Hadisənin hədəfi olan qadın ona atılan məktubu da Milli.Az-a təqdim etməklə yanaşı, bildirib ki, bu gün səhər işə gedərkən oğlu yaşında bir oğlanın gözlənilməz addımı ilə rastlaşıb. Bir oğlan bir neçə stansiya boyu gözlərini ona zilləyərək süzüb. "28 May" stansiyasında isə qəflətən əlindəki bükülmüş kağızı onun üstünə atıb. Xanım kağızı ilk olaraq yerə atıb, sonradan isə maraq üçün götürərək baxıb.

Kağız "online" ödəmə məntəqəsinin qəbzidir və üzərində həmin oğlanın nömrəsi olub. Xanım iddia edir ki, gənc oğlan onunla tanış olmaq fikrinə düşübmüş. Belə halların Bakıda çox baş verdiyini, cavan qız-gəlinlərin oğlanlar tərəfindən hər addımbaşı ədəbsizliyə məruz qaldığını əsas gətirərək bu məsələni ictimailəşdirmək fikrinə düşüb.

Xanımın təqdim etdiyi qəbzdəki nömrə ilə əlaqə saxlayıb həmin "qəhrəman”la etdiyi hərəkətlə bağlı danışdıq: "Qardaş, mən podxod etməmişəm, əlimdən düşüb kağız. Anamız-bacımız var, qələt eləmişəm. Suvaqçı adamam, evliyəm, elə hərəkət etmərəm axı. Lazımdırsa, gəlim qadından da üzr istəyim, lap elə sizdən də”.

/Milliaz/

(səs: 0)
Şərhlər: 7
Baxılıb: 10 394
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri