Azərbaycanda ötən il 27790 qadın abort etdirib

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 6 755
Səs ver:
(səs: 3)
"Normada hər doğulan 105 oğlan uşağına 100 qız uşağı düşməlidir. Azərbaycanda isə artıq kəskin fərqlənmə var”.

Qadınlar.Biz xəbər verir ki, bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, Azərbaycanda hər 112 oğlana 100 qız uşağı düşür. Bu da demoqrafik problem olaraq meydana çıxır. Cinslər üzrə əhalinin  ümumi sayına nisbətən 0-17 yaş arasında 1996-cı ildə oğlanlar - 39,5%, qızlar – 36,1%, 2001-ci ildə oğlanlar -37,6%, qızlar -36,4%, 2006-cı ildə oğlanlar - 33,1%, qızlar- 30,6%, 2011-ildə oğlanlar - 29,8%, qızlar- 26,0%, 2012-ci ilin birinci yarısında isə oğlanlar -29,4%, qızlar- 25,6% olub.

Rəsmi məlumatlara görə, 1995-ci ildə abortların sayı 25228, 2000-ci ildə 17529, 2002-ci ildə 16635 olub. 1995-ci ildə 630, 2000-ci ildə 572, 2002-ci ildə isə 868 nəfər hələ 19 yaşa çatmamış qadın abort etdirib. Üç ildə təkcə abort etdirən 19 yaşlı qadınların sayı 2070 nəfər olub.

Azərbaycanda ən çox 25-29 yaşlı qadınların abort etdirdikləri, lakin 35-49 yaşlı qadınların payına 3 il ərzində 10488 abort düşdüyü bildirilib. Qeyd olunub ki, Azərbaycanda ötən il 27 790 qadın abort etdirib. 2010-cu ildə bu rəqəm 26 801 olub. Qeyri-rəsmi statistikaya görə isə, hər 100 hamilə qadından 30-u abort etdirir.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 6 755
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri