Kann kinofestivalının açılış mərasimi reallaşdı – fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 993
Səs ver:
(səs: 0)
İlin ən səbirsizliklə gözlənilən mərasimlərindən biri Kann kinofestivalının açılış mərasimi reallaşıb.

Qadınlar.Biz xarici mətbuata istinadən xəbər verir ki, bu məqsədlə Fransanın Kann şəhərində təhlükəsizlik qüvvələri artırılıb.

67-ci Kann Beynəlxalq kinofestivalı Fransa rejissoru Olivye Daanın "Monako şahzadəsi” filminin nümayişi ilə açılıb. Bu il festivalı fransız aktyoru Lamber Vilson aparacaq. Tədbirdə aktyorlar qırmızı xalıdan keçərkən göz qamaşdırıb. Onlar arasında Nikol Kidman, Bleyk Layvli və digər tanınmışlar olub.

18 filmin iştirak etdiyi müsabiqəyə fransız aktrisası Karol Buke, Uillem Defo (ABŞ), Qael Qarsia Bernal (Meksika), Çon Do En (Cənubi Koreya), Leyla Hatəmi (İran), Sofiya Koppola (ABŞ), Tszya Canke (ÇXR) və rejissor Nikolas Vindinq Refn (Danimarka) münsiflik edirlər. Münsiflər heyətinə yeni zelandiyalı rejissor Ceyn Kempion başçılıq edir.

Bundan əlavə, festival çərçivəsində qısametrajlı filmlərin müsabiqəsi də keçiriləcək. Rejissor Sergey Pikalovun Rusiya və Azərbaycanın birgə istehsalı olan və Yer üzündə yaşayan sonuncu İkinci dünya müharibəsi veteranından söz açan "Sonuncu” ibrətamiz sənədli filmi də müsabiqə iştirak edir. Filmdə baş rolda 66 yaşlı azərbaycanlı aktyor İdris Rüstəmov çəkilib.

Qeyd edək ki, festival mayın 14-dən 25-dək davam edəcək. Qaliblərin mükafatlandırılma mərasimi mayın 24-də reallaşacaq.

Xatırladaq ki, Kann kinofestivalı ilk dəfə 1946-cı ildə 20 sentyabrdan 5 oktyabra kimi keçirilib. Lakin sonralar bu tarix may ayına ötürülüb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 993
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri