İradə İsaq: "Bir halal süd əmmiş şou nümayəndəsi tapmıram"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 978
Səs ver:
(səs: 1)
Qadınlar.Biz xəbər verir ki, jurnalist İradə İsaq aparıcılıq etdiyi "Düz üzünə” verilişinə gəlmək istəməyən, etiraflardan boyun qaçıran şou əhlini ittiham edib.

"Şou-biznes nümayəndələri bizim verilişi gördülər elə bil. Hamısı ərə gedib, Telli Borçalını qardaşı qoymur, Rəqsanəni əri qoymur, Xatirə ərə gedib. Röyanın qayınanası var və s. Təki əlimiz düşərli olsun, ərləri ilə mehriban olsunlar. Sadəcə maraqlıdır ki, bu ər, qardaş bəndəsi əvvəlki kadrları görməyiblər ki?”
 
Verilişin sosial şəbəkədəki səhifəsində arxivlərinin açılmasından ehtiyat edən şou əhli qınanılıb.
"Bir ürəkli, halal süd əmmiş şou əhlinin nümayəndəsi tapmırıq ki, "Düz üzünə” verilişinə gəlməyə cürət etsin. Ay qardaşlar, ay bacılar nə dəyişib ki? Etiraf tipli verilişlərə çıxıb gözünüzün şorbasını axıdan, qan-yaş tökən siz deyilsiniz? Heç onda demirdiniz ki, şəxsi həyatıma toxunmayın.
 
Maqazin verilişlərini öz qalmaqallarınızla yağır edən siz deyildiniz? Bizdən niyə çəkinirsiniz ki? Guya biz nə danışırıq ki? Kimi biabır eləmişik ki? Hanı bunun xalqın ürəyini göz yaşları ilə alıb kasıb qızın yüksəlməsi səhnələrini düzəldənlər? Hanı guya bütün həyatını etiraf etməkdən çəkinməyənlər?
 
Deyəsən, daha dirənmisiniz axı. Bəlkə, qorxursunuz ki, yalançı göz yaşlarınız, süni
qalmaqallarınız, saxta toylarınız üzə çıxar. Hə, bu, başqa məsələ. Onda hazır olun. Siz bu xalqın yumuşaq ürəyini ələ alıb pulunuzu qazanmağınızda olun. Biz də öz işimizdə. Verilişimizə çıxmaqdan çəkinən süni efir əhlinə maraqlı sürprizlərimiz olacaq. Siz öz bildiyinizi edin, biz də öz bildiyimizi.  Hamınıza can sağlığı, uzun ömür”.
(show az)
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 4 978
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri