Azərbaycanlı milyarder Rəqsanəyə 25 min manat verəcək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 210
Səs ver:
(səs: 1)
Müğənni Rəqsanə İsmayılova Sank-Peterburqda konsert vermək üçün azərbaycanlı oliqarx Vaqif Məmişova ağır şərt qoyub.

Mayın 27-də, saat 18-də Peterburqun Buz Sarayı konsert salonunda keçiriləcək konsertə türk estradasının ulduzu Rafət El Roman, habelə Azərbaycan şou-biznesindən Rəqsanə, Elton, Zamiq,Günay İbrahimli və digər müğənnilər dəvət olunublar.

V.Məmişov Rafət El Roman və digər müğənnilərlə qonorarla bağlı razılığa gəlib.
"Amma Rəqsanə ona veriləcək qonorardan imtina edib. Xarici müğənnilərə daha yüksək qonorar verilməsi məntiqsizliyini əsas gətirən Rəqsanə Məmişovdan 25 min dollar qonorar istəyib. Oliqarx isə 12 mində dayanıb. Bundan sonra Rəqsanə ultimativ şəkildə bildirib ki, onun adını afişalardan çıxarsınlar. Bundan sonra Vaqif Məmişov 2 saat vaxt istəyib. 2 saatdan sonra isə öz əmisioğlunu Rəqsanənin yanına göndərərək razılaşdığını çatdırıb”.
Xatırladaq ki, konsertin biletləri 40-480 dollar arası dəyişir.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 210
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri