Rza Zərrab onun üçün 800 min xərclədi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 516
Səs ver:
(səs: 1)
Türkiyəli müğənni Ebru Gündəşin həyat yoldaşı, yenicə həbsdən qurtulan iş adamı Rza Zərrab atı üçün külli miqdarda pul xərcləyib.

Qadınlar.Biz Türkiyə mətbuatına istinadən xəbər verir ki,  o, atı üçün 800 min türk lirəsinə başa gələn minik vasitəsi alıb.

Atı sayəsində yarışlardan pul qazanan Rza Zərrab "Dutyfree” üçün bütün imkanlarını səfərbər edib. Elə aldığı minik vasitəsi də atının yarışlara rahat və komfortlu getməsi üçündür.
 
Xatırladaq ki, bu atı Rza Zərrab Ebru Gündəşə ad günü hədiyyəsi olaraq almışdı. At bir sıra yarışlarda qalib gələrək sahibinə 979 min türk lirəsi qazandırıb.

Qeyd edək ki, yarış atları xüsusi minik vasitələri ilə başqa yerlərə aparılır. İçində kamera quraşdırılan həmin minik vasitələrinin sürət həddini aşmamasına da nəzarət edilir. Bununla yanaşı, bütün təhlükəsizlik tədbirlərinin görülməsinə də diqqət yetirilir.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 516
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri