"İlqarəyə titul vermək hələ tezdir"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 762
Səs ver:
(səs: 0)
Xalq artisti Aygün Kazımova "Onlar” verilişində həmkarı İlhamə Quliyevadan qızı İlqarə üçün titul istəmişdi.

Qadınlar.Biz-in məlumatına görə, aparıcılar Anar Cəfərovla Günay Rəhimova bu məsələ ilə bağlı "Bizim gün” verilişinə qonaq olan İ.Quliyevaya sual veriblər.

O da cavabında "İlqarənin də damarında istedadlı qan axır. Aygün kimi anası var. Mən heç kimə ad vermirəm. Ad vermək dövlətə məxsusdur. Mən sevdiyim insanlara kompliment deyirəm. İlqarə istedadlı qızdır, o da ada layiqdir. Gələcəkdə layiqli sənət nümayəndəsi olacağına inanıram. Amma indi İlqarə üçün bu hələ tezdir. Üzərində bir az da çalışsın. Gələcəkdə ona da bir ad verəcəm” deyib.

Xatırladaq ki, A.Kazımova "İlhamə xanımdan İlqarə üçün xeyir-dua və titul istəyirik. Kömək üçün deyə bilərəm ki bu "balaca diva", "star qızı" ola bilər" sözlərini demişdi.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 762
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri