Azərbaycanlı rəqqasə: "Sevgililərimin, sponsorların hesabına..."

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 504
Səs ver:
(səs: 0)
Rəqqasə Fatimə Fətəliyeva arxasınca danışanları "milçək” adlandırıb

Qadınlar.Biz bildirir ki, sənətçi "Şou+” verilişinə açıqlamasında bostanına daş atıb onu qeyri-peşəkar adlandıranlara belə cavab verib:

"Böyük tikə olub boğazlarında qalmışam. Ünvanıma söz atanlara "vızıldayan milçək" deyirəm. Yanımdan o qədər "milçək" keçib ki... Heç birinə də əhəmiyyət vermirəm. Bir vaxtlar belə söz-söhbətlər ürəyimi bulandırırdı. 15 ildir səhnədəyəm. Azərbaycanda doğulub, əlimin, alnımın zəhməti ilə bu sənətdə ad qazanmışam.

Mən sevgililərimin, sponsorların hesabına reklam olunmadım, məşhurlaşmadım. Mən kimlərisə önə çəkdim. Bu da halal xoşları olsun. Amma bundan sonra kimisə reklam edib gündəmə gətirmək fikrim yoxdur. Düşmənlərimin bu cür davaları məni daha da gücləndirir”.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 504
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri